İlk dəfə insandan insana baş köçürülüb

Professor Sergio Kanavero Vyanada keçirilən mətbuat konfransında ilk dəfə insandan insana baş köçürülməsinin uğurla nəticələndiyini açıqladı.
18 saat davam edən əməliyyat Çində baş tutub. Əməliyyat zamanı onurğa sütunu, sinir və qan damarlarını bərpa etmək mümkün olub. İnsan başının transplantasiyası meyit üzərində aparılıb. İtaliyalı cərrah bildirib ki, canlı insan üzərində belə əməliyyatın keçirilməsi də yaxın zamanlarda mümkün olacaq.
Kanavero 2015-ci ildə iki il sonra ilk insan başının transplantasiyası üçün hazır olduğunu bildirdikdə bütün dünya şok olmuşdu,hətta bunu tənqid edənlər çoxluq təşkil edirdi. Rusiya vətəndaşı olan Valeri Spiridonov sınaq üçün ilk könüllü olduğunu bildirsədə alimlər ilk təcrübənin bir Çinli üzərində olmasına qərar vermişdilər(çox insanın könüllü olmaq üçün müraciət etdiyi bildirilmişdi).
Kanavero mətbuat konfransında bu sözlərlə yadda qaldı:
Çox uzun zamandır ki, təbiət bizə qanunlarını göstərdi. Doğulduq,böyüdük,yaşlandıq və öldük. Milyonlarla ildə insan təkamül etdi, 100 milyardlarla insan öldü. Bu böyük ölçüdə soyqırımdır. Artıq həyatımızı əllərimizə alacağımız çağa girdik. Bu hər şeyi dəyişəcək. Sizi hər tərəfli dəyişəcək.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

Əbülhəsən Bəhmənyar kimdir?

İnsan Fiziologiyası
