Zərərvericilərə qarşı mübarizədə Trichogrammatidae üsulu - II hissə
Kəpənəklərdən yumurta almaq qabı qıf formasında böyük tərəfinə tor tutulmuş 10-12 qr kəpənək qıfın içərisinə atılır. Kiçik tərəfi bağlanır və rəflərə qoyulur. İnkişaf otağına aparılır. Qıfın torunun altına qara kağız qoyulur. Kəpənəklər yumurtalarını tora atırlar. Silkələyərək yumurtaları kağızın üzərinə tökürlər. Bu yumurtaları götürmək zəif və həssas işdir. Götürən zaman ehtiyatlı olmaq lazımdır. Yumurtalar zərər görməsin. Yumurtalar yığılır və çəkilir inqubatora qoyurlar. O qıflara ki kəpənək yerləşdirilsin,üç gün ərzində yumurta alacağıq. Və son günlərdə kəpənək çölə tökülür. Yerinə cavan kəpənəklər gətirilir. Bu yumurtaların bir hissəsi yenidən arpanın bitləndirilməsinə, bir hissəsi isə trikoqrama arısının çoxaldılmasına istifadə olunur.
Trikoqrama arısının çoxaldılması düzbucaqlı bir taxtadan otaqdan ibarətdir. 2 metrin 1 metrə nisbətində düzəldilir. 4 tərəfi qara parçadan bağlanılır. Bir tərəfi şəffaf polietilen salafanla bağlanır. 30- 50 sm məsafədə ağ işıqlar quraşdırılır. Salafanın qarşısında sim tellər bağlanır. Sim tellərin üzərinə qara kağızlar asılır. Qara kağızların üzərində kəpənəklərin yumurtası olur. Trikoqrama arıları o yumurtalarda parazitlik edir və həmin kağızları aparıb soyuducu xüsusi saxlanma yerində saxlanılır. Trikoqrama arısı saxlanılan kağız Trikokartlar adlandırılır. Trikokartlar 1 sm2-də 600 yumurta olur. Həmin trikokartlar yaşıl kağızın üzərinə yapışdırılır,aparılıb soyuducu dolablara qoyulur və saxlanılır. Zamanı gəldikdə təsərrüfat və bağlara aparılır. Bağlarda işıq ovçuları qoyulur və kəpənəklə müşahidə olunduğu zaman Trikokartları aparıb müxtəlif yollarla dağıdılır.
I hissəni oxumaq istəyirsinizsə buradan oxuya bilərsiniz.
Müəllif: Xəzər İsmayılov
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə