Ribosomlar
Ribosom RNT molekullarından və zülallardan təşkil olunmuş mürəkkəb ribonukleo-protein kompleks olub hüceyrənin zülal sintez edən “zavodudur”. Ribosom ilk dəfə 1955-ci ildə rumun mənşəli Amerikan alimi Corc Emil Palad tərəfindən aşkar olunmuşdur. Palad onu sitoplazmada olan kiçik hissəciklər kimi təsvir etmiş və göstərmişdir ki, onlar endoplazmatik retikulumun membranı ilə assosiasiyada olmağa daha çox meyillidirlər. Palad sonralar Fransız alimi Xristian deDyuc və artıq 1945-ci ildə endoplazmatik retikulumu aşkar olunmasında iştirak edən Belçika alimi həkimi Albert Klaudla birlikdə ribosomların zülal sintezindəıki rolunun aşkar olunmasına görə 1974-cü ildə Nobel Mükafatı ilə təltif olundular.
Mürəkkəb ribonukleoproteidlərdən ibarət olan ribosomları 1955- ci ildə Xauatson və Xem elektron mikroskopu ilə xərçəng hüceyrələrində müşahidə etmişlər. Ribosomların diametri 250-300 nm-dir, forması isə kürə şəklindədir. Bağırsaq çöpcüyü bakteriyası üzərində aparılan elektron mikrokopik tədqiqatlar nəticəsində bu mikroorqanizmlərdə ribosomların iki müxtəlif ölçülü submikroskopik vahiddən ibarət olduğu sübüt edilmişdir.
Böyük submikroskopik vahid üçkünclü, diametri 150-180 A0 , kiçik submikroskopik vahid isə qövsvaridir, diametri 140-160 A0 -dır. Yastı səthə malik olan böyük submikroskopik vahid kiçik səthə malik olan submikroskopik vahidlə bitişdikdə aralarında yarıq şəkilli boşluq qalır.
Ribosomlar iki subvahiddən – böyük və kiçik subvahidlərdən ibarətdirlər: eukariotlarda bunlar sedmentasiya dərəcəsinə görə 40S (S burada sedmentasiya vahidi svedberqdir) kiçik subvahid və 60S böyük subvahiddir, bütöv ribosomun sedmentasiya dərəcəsi isə 80S-dir. Prokariotlarda isə kiçik subvahid 30S, böyük subvahid 50 və tam ribosom 70S-dir.
Eukariot ribosomun kiçik subvahidi 18S r-RNTdən və onunla assosasiyada olan 32 zülaldan və böyük subvahid isə 28S r-RNT, 5,8S r-RNT və 5S r-RNT molekullarından və onlara assosiasiyada olan 45 zülaldan təşkil olunmuşdur.Yəni bir eukariot ribosomun təşkilindəı 77 müxtəlif zülal molekulu iştirak edir və bir eukariot ribosomun molekul çəkisi ~3.4 million daltondur (Da).
Prokariot (və xloroplast) ribosomun kiçik subvahidi 16S r-RNT-dən və və onunla assosiasiyada olan 22 zülal molekulundan, böyük subvahid isə 23S rRNT, və 5S r-RNT-dən və 34 zülal molekulundan təşkil olunublar, yəni bir prokariot ribosomda 56 müxtəlif zülal molekulu birləşmiş olur, ribosomun ümumi molekul çəkisi təxminən 2-2.2 million Da-dur.
Ribosomlar hüceyrə sitoplazmasında sərbəst və endoplazmatik şəbəkənin membranına birləşmiş şəkildə olur. Qranulyar endoplazmatik şəbəkənin membranlarında ribosomlar tək qatda, bəzən də spiralvari formada yerləşmişdir. Endoplazmatik şəbəkə yaxşı inkişaf etmiş yüksək differensiasiyalı qaraciyər və mədəaltı vəzi hüceyrələrində ribosomların əksəriyyəti bu orqanoidin membranı ilə birləşmiş şəkildədir. Amma qranulyar endoplazmatik şəbəkəsi zəif inkişaf etmiş insanın oosit və limfosit hüceyrələrində isə ribosomların əksəriyyəti sitoplazmada sərbəst yerləşirlər. Sitoplazmada ribosomlara mitoxondrilərdə və plastidlərdə təsadüf edilir. Sitoplazma ilə bərabər eyni zamanda ribosomlar nüvədə də mövcüddur.
Differensial ultra sentrafuqalaşdırma yolu ilə aparılmış biokimyəvi analiz nəticəsində ribosomların yüksək quruluşlu zülallardan ribosomal RNT-lərdən ibarət olduğu müəyyən edilmişdir. Demək olar ki, bu iki komponentin ribosomda nisbəti bərabərdir. Belə ki, molekul kütləsi 3000000 Da olan bakteriya ribosomunda bu kütlənin 50%-i RNT-nin payına düşür. Ümumiyyətlə isə hüceyrədə olan RNT-nin 80- 90% -i ribosomda yerləşir.
Müxtəlif orqanizm hüceyrələrində qələvi xassəyə malik olan ribosomal zülallar ümumilikdə demək olar ki, amin turşu tərkibinə görə eynidirlər. Ribosomların tərkibində ribonukleaza, bqalaktozidaza, turş və qələvi fosfataza və s. fermentləri və maqnezium vardır.
Ultramikroskopik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ribosomlar həm prokariot həm də eukariot hüceyrələrində mövcuddur. Ribosomların bütün hüceyrələrdə mövcudluğu, onun kimyəvi təbiəti və xassələri bu orqanoidin böyük əhəmiyyətə malik olduğunu sübut edir. Qeyd etdiyimiz kimi ribosomlar həm sitoplazmada sərbəst, həm də endoplazmatik şəbəkənin membranına birləşmiş şəkildə yerləşir. İkincilər funksiya cəhətcə daha aktivdirlər. Sintez prosesində ribosom həm m-RNT-sini, həm də sintez olunan zülali hüceyrə fermentləri – RNTaza və proteazanın dağıdıcı təsirindən qoruyur. Zülal sintezində eyni zamanda polisom zəncirinin yəni ribosomların əhəmiyyəti çox böyükdür, çünki, polisom (zəncirində) şəklində ribosomda bir neçə eyni tip zülalın sintezi baş verir. Ribosomların əsas funksiyası zülal sintez etməkdir. Məlumdur ki, sintez olunacaq zülalın quruluşu haqqında məlumat DNT-də yerləşir. Zülalın sintezi isə sitoplazmada yerləşən ribosomlarda gedir. Deməli, zülalın ilkin quruluşu haqqında məlumat ribosomlara çatdırılmalıdır. Bu funksiyanın komplementarlıq prinsipinə əsasən DNT-nin matirisi əsasında sintez olunan m-RNT-si yerinə yetirir. Qeyd edilən proses isə transkripsiya (lat. «transkripsio» - üzünün köçürülməsi deməkdir) adlanır. Ümumiyyətlə, bütün RNT-lər (RNT, r-RNT) üçün matris rolunu DNT oynayır. Transkrpisiyadan sonra isə translyasiya (latınca – translyasion – «ötürmə») prosesi başlayır. RNT olan məlumat əsasında ribosom tərəfindən polipepdid zəncirin sintez edilməsinə translyasiya deyilir. Translyasiyanın getməsi üçün isə bu prosesə qədər amin turşularının aktivləşməsi reallaşmalıdır. Bu mərhələdə aminroasıl n-RNT sintetaza fermentlərinin iştirakı ilə amin turşularının fəallaşması baş verir. Bu zaman ferment eyni zamana amin turşusu və ATF-lə birləşir. Əmələ gəlmiş üçlüyə – ferment amin turşusu və ATF-ə aktiv amin turşusu demək olar. Çünki, ancaq bu şəkildə amin turşusu polipeptid zəncirin sintezində iştirak edə bilər. Amin turşusunun aktivləşməsi prosesi zülal sintezində əsas mərhələlərdən biridir.
Ona görə ki, sərbəst amin turşusu heç vaxt birbaşa polipepdid zəncirinə qoşula bilməz. Aktivləşmiş amin turşusu ribosoma n- RNT-si ilə çatdırılır. n-RNT-nin amin turşusu birləşdirən akseptor hissəsinin əks tərəfində spesifik tripilet (antikodon) yerləşir hansı ki, komplimentarlıq prinsipinə əsasən m-RNT müvafiq tripiletinə (kodun) birləşir. Beləliklə, bilavasitə aminoasilin RNT-sintetaza kompleksi məlumat RNT-də kodlaşdırılmış məlumatı (oxuya bilir). Aminoasil-in nRNT sintetaza kompleksi antikodunun köməyi ilə mRNT-nin kodonuna birləşir. Sonra həmin ribosoma ikinci tripiletə komplementar növbəti kompleks birləşir. Deməli, ribosomun funksional mərkəzində eyni zamanda iki amin turşusu yerləşə bilər. Həmin amin turşular da elə yerləşr ki, bir amin turşusunun karboksil qrupu digər amin turşusunun amin qrupu ilə yanaşı yerləşir. Nəticədə onlar arasında pepdid rabitə yaranır. Amin turşusundan azad olunmuş birinci n-RNT-si ribosomu tərk edir. Ribosom bir tripilet irəliyə hərəkət edir. Hər bir belə addıma (1/5, 1-6 saniyə vaxt lazım gəlir). Bu proses o vaxta qədər davam edir ki, ribosom sintezin qurtardığını bildirən 3 tripliletdən (UAA, UAQ, UQA) birinə rast gəlir. Bundan sonra zülal sintezi qurtarır. Beləliklə, m-RNT-də yerləşən triplet ardıcıllığın zülal zəncirində amin turşusu ardıcıllığını müəyyən edir. Bu prosesdə ribosomların rolu m-RN-nin məlumatı əsasında, n- RNT-tərəfindən daşınan amin turşularından polipeptid zəncirini sintez etməkdir. Beləliklə, zülal sintezində m- RNT-si və n-RNT-si aktiv iştirak edirlər, amma r-RNT-nin rolu isə amin turşularını m-RNT üzərindəki tripletlərə uyğun düzmək və amin turşuları arasındakı peptid əlaqələrini yaratmaqdır (kataliz etməkdir), bu da onu göstərir ki, ribosomlar, daha doğrusu ribosomun böyük sub vahidi və ya onun 28S RNT-si fermentativ aktivliyə malikdir . Demək olar ki, r-RNT bilavasitə zülal sintezində iştirak etmir. r-RNT ribosom zülalları ilə kompleks birləşmələr şəklində bu orqanoidin stromasını əmələ gətirir. Nüvədə olan ribosomlar isə nüvə zülallarının sintezində iştirak edir. Eyni zamanda mitoxondri və plastidlərdəki ribosomlarda bu orqanoidlərdə müəyyən spesifik zülalların sintezində iştirak edirlər.
Sitoplazmada yerləşən sərbəst ribosomlar isə hüceyrədə bir sıra proseslərdə xüsusi rol oynayan spesifik zülalların sintezində iştirak edir. Bunlara bəzi orqanoidlərn, mikrofilamentlərin və mikroborucuqların zülalları aiddir. Ribosomlar zülal sintezi kimi mürəkkəb bir prosesdə qruplarla iştirak edirlər. Əsasən bu qruplara 5-70 ribosom daxil olur və poliribosom adlanır. Poliribosomlarda ayrı-ayrı ribosomlar arasındakı əlaqə diametri 15 A0 olan sap şəkilli m-RNT tərəfindən həyata keçir.
Ribosomların kiçik və böyük submikroskopik vahidləri nüvəcikdə formalaşır və nüvədən sitoplazmaya daxil olur.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə