Qarğıdalıda qovuqlu sürmə xəstəliyi

Qarğıdalıda qovuqlu sürmə xəstəliyi

Qovuqlu sürmə bitkinin gövdəsi, qıçası, yarpaqları və süpürgəsində fərqli ölçüdə “gal” adı verilən şişkinliklər əmələ gətirir. Əvvəlcə xırda şişkin ləkələr şəklində olan gallar inkişaf edərək irihəcmli olur. Ən böyük şişlər qıçalarda və gövdədə olur. Yarpaqda bu şişlər qırışlara oxşayır. Məhz bu qırışlara görə yarpaqlarda xəstəliyi ilk dəfə təyin etmək olur. Şişlər əmələ gələn gövdələr kövrələrək qırılırlar. Ona görə bu xəstəliyin gövdə forması daha qorxuludur. Şişlər öncə sərt olub üzəri bozumtul ağ rənglı bir təbəqə ilə örtülü olur. İnkişaf etdikcə üzərində çatlar əmələ gəlir və içərisində olan qara toz şəklindəki xlamidosporlar ətrafa yayılır. İqlim şəraitindən, qarğıdalı sortundan və bitkidə yoluxduğu hissə ilə əlaqədar olaraq gallar müxtəlif böyüklükdə (0,5-20 sm) olurlar.
Törədici: Ustilago Maydis fitopatogen göbələyi



NƏZARƏT VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ

Qovuqlu sürmənin qoruyucu tədbirləri əsasən sahədə bitki qalıqlarının çıxarılmasına, sağlam toxum sortlarının seçilməsinə yönəlməlidir. Qarğıdalının eyni ərazidə davamlı əkilməsi torpaq qatında xəstəliklərin artması ilə nəticələnir. Belə olan halda həyata keçirilən mübarizə tədbirləri faydasını vermir. Qarğıdalı 3-4 il eyni sahəyə əkilməməlidir. Həşəratlarla zamanında mübarizə aparıb bitkinin zədələnməsinə yol verilməməlidir. Torpaq analiz nəticəsinə uyğun balanslaşdırılmış gübrələmə aparılıb, xüsusilə də azot gübrəsi lazımından artıq verilməməlidir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə