Kartofda rizoktonioz xəstəliyi

Kartofda rizoktonioz xəstəliyi

Xəstəliyin törədicisi torpaqda və kartof yumruları üzərində qara sklerosiya halında qışlayır. Rizoktonioz bitkinin ilk cücərtilərini, gövdəsini, kökünü və yumrularını bütün vegetasiya dövrü yoluxdurur. Xüsusilə, kartof yumrularının cücərməsini 15-20%, məhsuldarlığını 10-15 % və bəzi hallarda isə 30-40 %-dək aşağı salır. Xəstəlik yumruların cücərməsi və çıxışı dövründə daha təhlükəlidir. Belə ki göbələk yeni əmələ gəlmiş cücərtilərin üzərində inkişaf edərək onların çürüməsinə və məhv olmasına səbəb olur. Cücərtilər nəmli şəraitdə əmələ gəldikdə xəstəliyin inkişafı sürətlənir.

Rizoktonioz xəstəliyi- xəstəliyin törədicisi torpaqda və kartof yumruları üzərində qara sklerosiya halında qışlayır. Rizoktonioz bitkinin ilk cücərtilərini, gövdəsini, kökünü və yumrularını bütün vegetasiya dövrü yoluxdurur. Xüsusilə, kartof yumrularının cücərməsini 15-20%, məhsuldarlığını 10-15 % və bəzi hallarda isə 30-40 %-dək aşağı salır. Xəstəlik yumruların cücərməsi və çıxışı dövründə daha təhlükəlidir. Belə ki göbələk yeni əmələ gəlmiş cücərtilərin üzərində inkişaf edərək onların çürüməsinə və məhv olmasına səbəb olur. Cücərtilər nəmli şəraitdə əmələ gəldikdə xəstəliyin inkişafı sürətlənir.

Mübarizə üçün ilk növbədə əkini düzgün növbələşdirməli, kartof öz əvvəlki əkildiyi yerə ən az 3-4 ildən sonra qaytarılmalıdır. Əkinqabağı toxumların funqisidlərlə dərmanlanması olduqca vacibdir. Torpaqda temperatur 8-10°C olduqda kartof əkininə başlanılmalıdır. Əkindən əvvəl xəstə toxumlar seçilərək ayrılmalı, əkin məqsədi ilə xəstəliyə davamlı sortlardan istifadə edilməlidir.

Müəllif: Ülviyyə Nəsibova

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə