İnsan sperması virus daşıyır

İnsan sperması hələ də bir çox sirri özündə qorumağa davam edir. Son araşdırmalara görə spermalar virus daşıya bilir və xəstəliklərin yayılmasına yardım edir.
Oksford Universiteti alimlərinin sperma hüceyrələri üzərində apardıqları araşdırma nəticəsində sperma hüceyrələrinin viruslar üçün əlverişli olduğuna dair fikir söyləmək mümkün oldu. Hüceyrələrin ən az 27 fərqli virusu qəbul edə biləcəyi və onların da ən az on birinin testislərdə yaşaya biləcəyi açıqlandı. Lap əvvəllərdən də məlumdur ki,QİÇS xəstəliyinə səbəb olan HİV və Hepatit kimi bəzi viruslar sperma vasitəsilə yoluxulur.
Alimlər viruslardan bəzilərinin sperma DNT-sini dəyişdirə bildiyini və mutasiyaya səbəb olduğunu iddia edir. Onların fikrində spermada yarana biləcək virusların araşdırılması ilə qüsurlu uşaq doğumlarında günahlandırılan viruslar vaxtında tapıla və məhv edilə bilər.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
