Hela hüceyrəsi

Hela hüceyrəsi

1951-ci fevral ayında Henrietta Laks “Baltimor” xəstəxanasına getdi. Xəstəxanada qadında yumurtalıq ağzı xərçəngi olduğu müəyyənləşdirildi. Radioterapiya müayinələrinə baxmayaraq qadın həmin ilin oktyabr ayında həyatını itirdi. Ancaq xəstəni müayinə edən həkim (Corc Otto Qey) qadının xərçəngli hüceyrələrinin (orqanizmin ölməsinə baxmayaraq) qidalandırmaq şərti ilə çoxaldığını gördü. Hüceyrələr daha sonra HeLa adı ilə anılmağa başladı. Müasir dövrümüzdə dünyanın əksər universitetində və araştırma şirkətində bu hüceyrələr saxlanılır. Qadının bədən kütləsinin 400 qatında olan bu hüceyrələr indiyə qədər 11.000 elmi araşdırmada müvəffəqiyyətlə istifadə olunmuşdur. Həmçinin əbədi və ölümsüz hüceyrə istehsalı üçün əbədi mənbə oldular. Bununla yanaşı hüceyrədən uşaq iflici vaksinin istehsalında istifadə olunur.

Mənbə: Elmi Yeniliklər

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə