Diapsidlər
Perm dövründə kotilozavrlardan ayrılan digər reptililərin kəlləsində bir və ya 2 gicgah çuxuru var idi. Əcdadlarından birinci ayrılan sinapsidlər (Synapsida) - 3 əsas sümükdən (almacıq, pulcuq və gözarxası) ibarət mürəkkəb qövs ilə əhatə olunan aşağı gicgah çüxuruna malik idilər. Sinapsidləri digər adla teromorflar da adlandırırlar. Onların dişləri alveollarda oturmaqla, artıq diferensiasiyaya uğramışlar. Məməlilərə başlanğıc verən teromorflar bir qrup kimi böyük maraq doğurur. Diapsid reptililər sonralar 2 yarımsinfə ayrılır:
lepidozavrlar və arxozavrlar.
Paleontoloqlar bu yarımsiniflərdən hansının daha tez meydana gəldiyini söyləməyə imkan verən dəlillərə malik deyillər. Daha primitiv diapsidlər lepidozavrlar yarımsinfınə aid olan eozuxilər (Eosuchia) hesab olunur. Kərtənkələyə oxşar bu kiçik heyvanlardan xortumbaşlılar və pulcuqlular ayrılmışlar. Eozuxilər triasın əvvəlində məhv olmuşlar.
Xortumbaşlılar (Rhynchocephalia) eozuxilərdən perm dövründə ayrılmış, yura dövründə isə məhv olmuşlar. Yalnız bir növ - Yeni Zelandiya hatteriyası bu günədək yaşayır. Pulcuqlular dəstəsinə aid kərtənkələlərin də perm dövründə hansısa eozuxilərdən ayrıldığı güman edilir. Bu dövrün sonunda kərtənkələlərdən ilanlar əmələ gəlmişlər. Müasir reptililər sırasında pulcuqlular ən çox tərəqqi etmiş və müxtəlifliyə malik qrupdur.
Lepidozavrlar - Bu dəstə yalnız bir fəsilə - Pazdişlilər (Sphenodontidae), 1 cins və hatteriya adlı bir növə malikdir. Xortumbaşlılar 165 mln. il əvvəl meydana gələn çox qədim qrupdur. Hatteriya arxaik quruluşu ilə xarakterizə olunur. O, kərtənkələni xatırladır. Belin üstü ilə peysərdən quyruğadək üçkünc vertikal lövhələrdən ibarət alçaq daraq uzanır. Görmə qabiliyyəti yaxşıdır. Başın üst tərəfində, gözlərdən arxada, dərinin altında təpəüstü göz - qovuqlu orqan yerləşir ki, o da büllura xas işıq hissedici hüceyrələrə malikdir. Bu orqanın funksiyası məlum deyildir, lakin işıq qıcıqların qəbul etməsi güman edilir.
Orta qulaq boşluğu və təbil pərdəsi yoxdur. Kəllənin gicgah payında 2 çuxur yerləşir (diapsid tipli). Hatteriyanm kəlləsi üçün kinetizmin olması xarakterdir: üst çənə, damaq və kəllə qapağı beyin qutusu ilə hərəkətli birləşmişdir. Fəqərələr amfısöl tiplidir. Qarın qabırğaları vardır. Ürəkdə vena sinusu olur. Hatteriya - kopulyativ orqanı olmayan yeganə müasir sürünəndir. Yumurtaqoyandır. Hal-hazırda hatteriya yalnız Yeni Zelandiyanın ətrafında yerləşən 13 kiçik susuz adada qalmışdır. Hatteriya primitiv diapsid reptililərin «kor» yan qolunu (eozuxiləri) təmsil edir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə