Bitkilərə gərəkli olan qida maddələri

Bitkilərə gərəkli olan qida maddələri

Bitkinin ideal inkişafı istilik, nəm, günəş işığı, torpağın fiziki, bioloji və kimyəvi xüsusiyyətləri ilə bağlıdır. Hava və iqlim kimi ekoloji faktorlarla yanaşı torpak pH-ı, havalanma xüsusiyyətləri, maddələr nisbəti, torpağın bioloji quruluşu, qida elemetlərinin tarazlığı bitkinin torpaqdakı qida elementlərindən faydalanma vəziyyətini təyin edən faktorlardır. Bu faktorlar bitkinin inkişafı baxımından gübrələmə qədər dəyərlidir və öncədən nəzərə alınmaları vacibdir.

Bitkilər karbon, hidrogen və oksigeni hava və sudan, digər bütün qida elementlərini isə torpaqdan təmin edir. Bitkinin ən çox ehtiyacı olan qida maddələri kalsiyum, azot, fosfor, maqneziyum, kalium və kükürtdür. Bu elemetlər hər hektara 11,2 kq-dan 440 kq-dək verilməlidir. Bitkinin ən az ehtiyac duyduğu elemetlər isə bor, xlorid, mis, dəmir, manqan, molibden və sinkdir. Bunlardan molibden hər hektara 15 qr, dəmir və manqan isə 700 qr verilməlidir.

 

 

Bitkilərə qulluğu daha dərindən öyrənmək istəyirsinizsə Aqronomluq dərslərinə baxmağınız tövsiyyə olunur. 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə