Bitkidə qida çatışmazlığı

Bitkidə qida çatışmazlığı

Bitkilər lazımi qidaları kifayət qədər ala bilmədikləri zaman, gözlə görünən çatışmazlıq əlamətləri göstərirlər.

Azot çatışmazlığı: Bitkinin inkişafına mane olur, rəngi saralır. Yarpağ ucları bitkinin altındakı yarpaqlardan başlayaraq qırmızımtıl qəhyəyi rəngdə olur.

Fosfor çatışmazlığı: Kökün inkişafına mane olur, saplar uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi göyərir.

Kalium çatışmazlığı: Yarpaq ucları qovrulur, saralır, saplar zəifləyir. İçərdəklər quruyub büzülür.

Kalsiyum çatışmazlığı: Yarpaq ucları darax kimi parçalanır. Çiçəklər tam açmamış ləçəklərini tökür.

Maqneziyum çatışmazlığı: Yarpaqlar incə və kövrək olurlar, uclarında və damar aralarındakı bölgədə rənglərini itirir, açıq yaşıl rəng alırlar.

Kükürd çatışmazlığı: Bitkinin alt hissəsindəki yarpaqlar saralır, köklər və saplaqların ölçüləri kiçilir.

Bor çatışmazlığı: Tumurcuqlar açıq yaşıl rəngdə olur. Köklərdə tünd ləkələr əmələ gəlir. Saplaqlar çatlayır.

Mis çatışmazlığı: Bitkinin rəngi ağarır. Sitrus meyvələri qırmızımtıl qəhvə rəngdə olur və anormal şəkildə böyüyür.

Dəmir çatışmazlığı: Yarpaqlar saralır, ancaq damarları yaşıl qalır. Yarpaqlar yuxarı tərəf qıvrılır.

Manqan çatışmazlığı: Yarpaqlarda ölü toxumalar görsənir, yarpağa nahamar bir görünüş verir.

Sink çatışmazlığı: Yarpaqlar kiçilir, Yarpaqlarda xallar əmələ gələ bilir. Tumurcuq inkişafı zəifləyir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə