Bioloji əhəmiyyətə malik olan karbohidratların təsnifatı

Bioloji əhəmiyyətə malik olan karbohidratların təsnifatı

Bioloji əhəmiyyətə malik olan karbohidrat 3 qrupa bölünür: monosaxaridlər, disaxaridlər və polisaxaridlər. Mono və disaxaridlər adətən şəkərlər adlanır və suda asan həll olurlar, kristal əmələ gətirə bilirlər və dializ edici membrandan asanlıqla keçə bilirlər. Polisaxaridlər kristal əmələ gətirmir və dializ edici membrandan keçmirlər.
Monosaxaridlər – sadə şəkərlər olub, emprik dusturu Cn(H2O)n-dir. Onların tərkibindəki karbon atomlarının miqdarından asılı olaraq, triozalar, pentozalar, heksozalar və heptozalar ayırd edilir. Pentoza, riboza və dezoksiriboza nuklein turşuları molekulları tərkibinə daxil olur. Pentoza, riboza fotosintezdə böyük rol oynayır. Heksoza-qlükoza hüceyrə üçün enerji rolunu oynayır. Digər heksozaların da özünəməxsus rolu vardır. Məsələn, qalaktoza disaxarid laktozanın tərkibinə daxil olur, fruktoza saxarozanın əsas tərkib hissəsini təşkil edir və s.
Disaxaridlər – iki monosaxaridin bir molekul su itirməklə kondensasiyasından əmələ gəlir. Emprik düsturu C12H22O11-dir. Bunlardan bitkilərdə ən çox yayılanları saxaroza və maltoza, heyvanlarda laktozadır. Saxaroza (qamış şəkəri və ya çuğundur şəkəri) bir molekula qlükoza və bir molekula fruktozadan təşkil olunmuşdur. Laktoza (süd şəkəri) qlükoza və qalaktozadan ibarətdir. Maltoza isə iki molekul qlükozadan əmələ gəlir.
Polisaxaridlər – çox böyük miqdarda monosaxaridlərin (heksozaların) kondensasiyası nəticəsində müvafiq miqdarda su itirməklə əmələ gəlir. Onların emprik düsturu (C6H10O5)n-dir. Hidroliz zamanı onlardan sadə şəkərlər əmələ gəlir. Ən çox bioloji əhəmiyyət kəsb edən polisaxarid nişasta, qlikogen və sellülozadır. Nişasta və qlikogen bitki və heyvan hüceyrələrində ehtiyat qida maddəsi rolunu oynayırlar. 

Heksoz monomerlərdən əmələ gələn polisaxaridlərdən başqa bir sıra daha mürəkkəb polisaxaridlər var ki, onların molekulunda amin azotu (qlükozamin), asetil turşu qalığı - (asetilqlükozamin) və s. olur. Daha mürəkkəb polisaxaridlər var ki, onların tərkibinə fosfor və sulfat turşusu qalığı da birləşmiş olur. Bütün bu polimerlər canlının molekulyar təşkilində əsas rol oynayırlar. Onlar ya sərbəst halda, ya da zülallarla birləşmiş halda hüceyrədə iştirak edirlər. Onlardan ən başlıcaları aşağıdakılardır:
Neytral polisaxaridlər – tərkibində təkcə asetilqlükozamin saxlayırlar. Bunların ən əsas nümayəndəsi – xitindir. Xitin həşəratların və xərçəngkimilərin dayaq maddəsini təşkil edir. 
Neytral polisaxaridlər-tərkibində qalaktoza və ramnoza olan daha mürəkkəb polisaxarid olub, bakteriyaların qılafı tərkibinə, eləcədə qanın spesifik antigenləri tərkibinə daxil olur.
Turş polisaxaridlər – tərkibində sulfat turşusu və digər turşu qalıqları olan polisaxaridlərdir. Tərkibində turşu qalığı olduğundan bu polisaxaridlər qüvvətli bazofil xüssusiyyətinə malikdirlər (qələvi rəngləyicilərlə rənglənirlər). Bu qrupa heparin (antikoaqülə edici maddə), asetilqalaktozamin, qlüküron turşusu - saxlayan xondriotin sulfat, hialurin turşusu və s. daxildir.
Mukoproteidlər (mukoidlər) – və qlikoprototedlər asetil qlükozaminlərin və digər karbohidratların zülallarla kompleksindən yaranır. Ovalbumin və zərdab albumini də mukoproteidlərə aiddir. Mürəkkəb polisaxaridlərdən sitoloji cəhətdən ən əhəmiyyətlisi turş polisaxaridlərdir ki, onlardan hioluron, xondriatin sulfat və mukotinsulfat turşusu birləşdirici toxumanın tərkibində tapılmış və çox güman ki, müdafiə funksiyasını ifa edirlər. Hialuron turşusu həmçinin sinovial məhlulda, şüşəvari cisimdə və hüceyrələri birləşdirən hüceyrəarası sementləşdirici maddədə tapılmışdır ki, o hialüronidaz fermenti ilə asanlıqla hidroliz olunur. Digər polisaxaridlər kimi, hilalüron turşusu da hətta aşağı temperaturda gel əmələ gətirə bilər.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə