Acqalma

Acqalma

Yaşlı sağlam (normal) insan orqanizmi əhatə olunduğu xarici mühit şəraiti ilə tarazlıqda olur. Bu orqanizmin həyat fəaliyyəti üçün zəruri şərtdir. Yaşlı orqanizmdə maddələr mübadiləsinin normal balansı, qəbul edilən qida ilə sərf edilən enerji arasındakı nisbətlə müəyyən olunur. 

Qidalanma eyni zamanda orqanizmin daxili maye mühitində (qan, limfa, beyin-onurğa beyin mayesi, toxuma və ya hüceyrələrarası maye, hüceyrədaxili möhtəviyyat və s.) üzvi və qeyri-üzvi maddələr tərkibinin nisbi sabitliyinin, homeostatik stasionar vəziyyətinin qorunub saxlanmasında mühüm rol oynayır. Qəbul edilən qida ilə sərf edilən enerji arasında nisbət, habelə daxili mühitin nisbi sabitliyi müəyyən şəraitlərdə pozula bilər. Normal qidalanma orqanizmdə enerji və onun ehtiyatlarının tənzimlənmiş şəkildə sərf olunması üçün şərtdir. Bu, daxili mühitin kimyəvi tərkibinin tənzimlənməsinə də aiddir. Fizioloji aclıq üçün də bu səciyyəvi olan bir haldır. Amma hər iki şəraitdə enerji sonrakı qidalanma nəticəsində bərpa olunur. Uzunmüddətli acqalma zamanı isə toxuma və hüceyrələrin metabolizminin, quruluş və funksiyalarının dönməz dəyişiklikləri, homeostazm pozulması baş verir və bu ölümlə nəticələnə bilər. Sistematik olaraq, normadan artıq qidalanma isə əksinə, orqanizmin toxuma depolarında qida maddələri (şəkər, yağ) ehtiyatlarının dolması, orqanizmdə piylənmə kimi arzuolunmaz patoloji vəziyyətin yaranmasma səbəb olur. Maddələr mübadiləsinin tənzimindəki tarazlığın pozulmasında rast gəlinən bu kimi kənar mənfı vəziyyətlər, qidalanmanın düzgün qurulmasının vacibliyini bir daha təsdiq edir.

Maddələr mübadiləsində baş verən ağır dəyişikliklərin qarşısı, tənzimləyici mexanizmlər tərəfındən qabaqcadan alınır. Hüceyrə, toxuma, üzv və üzvlər sistemi və bütöv orqanizm səviyyəsində, daxili mühitin nisbi sabitliyini qoruyub saxlayan fermentativ, hormonal və sinir mexanizmləri vardır və onlar maddələr mübadiləsini tənzimləməklə orqanizmin ümumi stasionar vəziyyətini nizamlayırlar. Homeostazın qoruyub saxlanılmasında daxili sekresiya vəzilərinin (endokrin üzvlərinin) ifraz etdiyi metabolik hormonların xüsusi rolu vardır. Metabolizmin assimilyasiya (anabolik) tərəfı daha çox hipofız vəzin boy hormonu (somatostatin), qalxanvari vəzin tiroksin hormonu, mədəaltı vəzin insulin hormonu, cinsi vəzilərin estrogen və androgen hormonları tərəfındən tənzimlənilir. Dissimilyasiya (katabolik) tərəfinin tənzimində isə mədəaltı vəzin qlyukoqon hormonu, böyrəküstü vəzilərin katexolalein (adrenalin, noradrenalin) və qlükokortikoid steronu (kortizon, hidrokortizon və s.) hormonları mühüm əhəmiyyətə malikdirlər. Sinir və humoral tənzimləmə mexanizmləri bəzi metabolik prosesləri spesifık olaraq idarə edir, onlarda tarazsızlıq (disbalans) yarandığı hallarda korreksiyaedici, uyğunlaşdırıcı (adaptiv) təsir göstərir. Maddələr mübadiləsinin hüceyrələr səviyyəsində kimyəvi tənzimlənməsində anabolik və katabolik fermentlərin rolu da böyükdür. Qida maddələrinin (aminturşuları, yağ turşuları və mono- və disaxaridlər) mürəkkəb sintez proseslərinə qoşulmasını, onların çevrilmələrini və ümumi plastik mübadiləni tənzimləyən anabolik fermentlər (müxtəlif sintetazalar, transferazalar və s.) və qida maddələrinin oksidləşməsi (parçalanması) hesabına bioloji enerjinin hasilini tənzimləyən katabolik fermentlər (müxtəlif oksidazalar, hidrolazalar və s.) birlikdə ümumi metabolizmin ayrı-ayrı reaksiyalar zənciri səviyyəsində tənzimlənməsini təmin edirlər.

Orqanizmdə gedən mübadilə proseslərinin, o cümlədən kimyəvi dəyişikliklər və adaptasiya hadisələrinin qarşılıqlı əlaqəsini və vəhdətini təmin edən əsas prinsip, müxtəlif qida maddələri və toxuma komponentlərinin enerjisinin ekvivalentliyi ideyasına əsaslanır. O zaman ki, əsas "yanacaq" növləri (karbohidratlar və yağlar) vasitəsilə orqanizmə daxil olan kalori, orqanizm tərəfındən sərf olunan kaloridən az olarsa, onda orqanizmdə həm qida vasitəsilə daxil olan zülallar, həm də öz məxsusi zülalları parçalanmağa başlayır; bu orqanizmin, onun əzələ və orqanlarının haldan düşməsinə gətirib çıxarır. Bu kimi vəziyyət uzunmüddətli tam aclıq zamanı yarana bilər. Qısamüddətli və ya fızioloji acqalmadan fərqli olaraq uzunmüddətli və ya pataloji acqalma orqanizmin elə vəziyyətidir ki, bu zaman xarici qidadan məhrum olan orqanizm "özü-özünü" yeyir, başqa sözlə, o endogen qidalanmaya keçir və bu yolla öz energetik tələbatlannı təmin edir. Acqalma zamanı ağır, fatal vəziyyət baş verənə qədər orqanizmin metabolizmində bir-birilə bağlı olan səciyyəvi dəyişiklik və proseslər inkişaf edir.

Dolu bədənli sağlam adam birdən-birə yeməkdən məhrum olarsa və bu hal günlərlə davam edərsə, onun orqanizmində aşağıdakı kimi mənfı dəyişikliklər müşahidə edilir. Qanda şəkərin (qlükoza) miqdarı tezliklə aşağı düşür və bu, insulin hormonunun az, qlyükoqon hormonunun isə çox ekssekresiya olunmasına, qaraciyərdə ehtiyat şəkər kimi saxlanılan qlikogenin sürətlə parçalanmasına (qlikogenoliz) gətirib çıxarır. Əgər orqanizm bir sutka ərzində qida qəbul etməzsə, onun qlikogen ehtiyatı təxminən tükənir. Aclığın ikinci sutkasında isə orqanizmdə yeni proseslər silsiləsi meydana gəlir. Yağları parçalayan lipaza fermentlərinin fəallaşması ilə əlaqədar olaraq yağ depolarındakı mürəkkəb yağlardan çoxlu yağ turşuları əmələ gəlir və qaraciyərdə oksidləşir. Yağ depolarından (dərialtı piy təbəqəsi, daxili orqanlar üzərində yığılan piyliklər) səfərbər olan yağ turşularının oksidləşməsi hesabına periferik toxumaların, qaraciyərin və digər daxili orqanların enerjiyə olan tələbatı ödənilir. Piy toxuması bir neçə gün, hətta həflə ərzində orqanizmi enerji ilə təmin edə bilər. Orqanizm ilk həftələr ərzində uzunmüddətli aclığa uyğunlaşdıqca, qaraciyərdə yağların oksidləşməsi nəticəsində əmələ gələn keton maddələrinin miqdarı kəskin olaraq artır, piruvat, oksalasetat kimi madddələrin çatışmazlığı üzündən Krebs tsikli (limon turşusu və ya üç karbonlu maddələr tsikli) vasitəsilə bir sıra vacib metabolitlərin axını zəifləyir. Ürək və beyin kimi orqanlar öz enerji tələbatlarını keton maddələri hesabına ödəməyə uyğunlaşmağa başlayırlar. Əgər keton maddələri istifadə olunmadan artıq əmələ gələrsə, onda orqanizmdə metabolik asidoz yaranır, aclıq davam etdiyi hallarda enerji üçün toxuma zülallarının sərf edilməsi başlanır. İlk olaraq, mədə-bağırsaq toxumasınm, mədəaltı vəzin, sonra digər daxili orqanların (qaraciyər, dalaq), daha sonra əzələlərin və nəhayət, beyninlabil və funksional zülalları parçalanır. Aminturşuların katabolizmi sürətlənir və orqanizmin enerji ehtiyacları artıq onların hesabına təmin edilir. Uzun müddətli aclığın son mərhələlərində beyin öz enerji təminatını periferik orqanlarda gedən katabolik proseslər nəticəsində əmələ gələn energetik substratların, ən çoxu isə poksibutiratın oksidləşməsi hesabına ödəyir. Eyni zamanda əzələ toxumasının kütləsi, orqanizmin ümumi fəallığı və enerji sərfi azalır. Nəhayət, bütün növ qlikogen, yağ və mobil zülal ehtiyatları tükəndikdə, orqanizm, hətta ürək, ağciyər, qan və s. bu kimi həyata vacib olan toxumaların struktur zülallarını sərf edir. Kollaps nəticəsində ölüm baş verir.

Tam acqalma zamanı insan orqanizminin yaşama müddəti yaşlılarda 65-70 gün hesab edilir. Cavan orqanizm yaşlı orqanizmə nisbətən tez tələf olur. Qoca adamlar cavanlarla müqayisədə acqalmaya daha dözümlüdürlər. Çünki onlarda maddələr mübadiləsi, onsuz da çox yavaş həyata keçir. Qadınlar kişilərə nisbətən aclığı daha yüngül keçirirlər. Hesab edilir ki, orqanizmin piy ehtiyatları nə qədər çox olarsa, onun acqalma müddəti bir o qədər uzun çəkə bilər. Lakin eyni köklüyə malik olan müxtəlif adamlar, aclıqdan eyni şəraitdə ən müxtəlif müddətlərdə tələf ola bilər. Bu, görünür orqanizmin aclığa fərdi dözümlülüyündən, onun sinir sisteminin xüsusiyyətindən, maddələr mübadiləsinin və digər fiınksiyalarının səviyyəsi və xarakterindən asılıdır.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə