İnsanın Təkamülü

İnsanın Təkamülü

Materiyanın bütün canlı orqanizmləri həm özləri bir-biri ilə, həm də bütövlükdə ətraf mühit amilləri ilə dialektik formada öz həyat fəaliyyətini davam etdirir. Heyvanat aləminin həyat fəaliyyəti sistemli surətdə təbii mühitdən və proseslərdən asılıdır və uzun müddət onlara adaptasiya olunur, onların neqativ istiqamətdə dəyişilməsi isə ya heyvan növlərinin sürətlə məhv olmasına, yaxud yenidən qurulmasına və yeni növlərin yaranmasına səbəb olur. Lakin insanlar heyvanlardan fərqli olaraq, kollektiv əmək naminə birləşən, birgə fəaliyyət göstərən, ünsiyyətdə olmaq üçün dil yaradan, əmək alətləri, geyim və mənzil hazırlamağı öyrənən, alovu özünə tabe edən, nəinki təbii fəlakətlərlə mübarizə aparan, onlara müqavimət göstərən, dəf etməyə çalışan, həm də təbiətin mövcud nemətlərindən - sərvətlərindən bəhrələnmə qabiliyyətinə malik olan ali varlıqdır.

İnsan təbiət-cəmiyyət qarşılıqlı münasibətlərində iştirak edən bioloji varlıq, həm də təbiət üzərində qəddarlıqla qələbəyə can atan, onun sərvətlərindən qeyri-rasional istifadə edən canlı materiyanın üzvüdür. Lakin təbiətə qəddar münasibət və antropogen təsirlərin nəticələri heç də hər zaman insana onun gözlədiyi kimi deyil, çox güclü məğlubiyyət və fəlakətlərə səbəb olur.

İnsanın mənşəyi və əmələ gəlməsi (antropogenez) olduqca mürəkkəb tarixi-təkamül prosesidir. V.P.Alekseyevə (1961) görə, "insan uzun bir inkişaf yolu keçən həm ictimai varlıq, həm də bioloji növ olmaqla, onun yaranması və təkamülü nəinki mədəniyyətin inkişafı, eləcə də uzun müddətli dəyişkənliyə məruz qalması və bioloji təşkil olunması ilə əlaqədardır. Onun istənilən funksional proseslərə müdaxilə etmək, fəaliyyət göstərmək və onları müvafiq istiqamətlərə yönəltmək qabiliyyəti vardır." Üzvi aləmin tarixi inkişafı canlı materiyanın həyat formalarının sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru dinamik hərəkəti və təkmilləşməsindən (təkamülündən) və onun xarici mühit amillərinin dəyişilməsinə uyğunlaşaraq, öz populyasiyasını dayanıqlı surətdə davam etdirməsi qanunauyğunluqlarından ibarətdir. Onun əsas bazasını metafizik (yunanca "meta" - üstündə, "fızis" isə - təbiət) təlimi və təşkil edir. "Təkamül" termini elmə ilk dəfə olaraq, Ş.Bonne (1762) tərəfindən daxil edilib, lakin Karl Linney, Baptist Lamark və Çarlz Darvin tərəfindən elmi yeniliklərlə zənginləşdirilib və sərbəst təlim kimi formalaşıb. Linneyin təliminin əsas məğzi aşağıdakılardan ibarətdir:

1 .Binar nomenklatura, ikiqat adlandırma (məsələn, Canis familiaris - ev iti, Ribes rubrum - qırmızı qarağat) prinsipi daxil edilib.

2.Növ, cins, dəstə, sinif kateqoriyalanm müəyyən edib, canlı orqanizmləri yalnız morfoloji əlamətlərinə əsasən qruplaşdırıb.

3.Sabit və dəyişilməz kimi qəbul etdiyi növün xarici mühitin təsirindən və çarpazlaşmadan da baş verə biləcəyini qeyd edib.

Lamark təliminin əsasları:

1. Darvinin nəzəriyyələri onun ilk dəfə olaraq irəli sürdüyü təkamül ideyaları bazasında formalaşıb.

2.Təkamül haqqında nəzəriyyələri və onun amillərini ilk dəfə olaraq təklif edib.

3. Canlı aləmin sadədən mürəkkəbə doğru inkişafı qradiasiyası prinsipini ilk dəfə qeyd edib.

4. Heyvanat aləmini ilk dəfə olaraq onurğasızlara və onurğalılara təsnif edib.

5. Xarici mühit amillərinin təsirindən növlərin dəyişikliyə məruz qalan həyat şəraitinin bilavasitə təsiri nəticəsində uyğunlaşmasının səbəbini düzgün açıqlaya bilməyib.

6. Yanlış olaraq təkamülün hərəkətvici qüvvəsi kimi tərəqqiyə doğru daxili meyli və təlim keçmə nəticəsində qazanılan faydalı əlamətlərin nəslə verilməsini irəli sürüb.

Darvin təliminin əsasları:

1. Təkamülün səbəblərini və hərəkətverici, aparıcı qüvvələrini, irsiyyətli dəyişkənlik, yaşamaq uğrunda mübarizə, təbii seçmə prinsiplərini ilk dəfə müəyyən edib.

2. Dəyişkənliyin səbəblərini, xarici mühit amilləri, orqanizmlərin fərdi inkişafı, ontogenezi və yaşayış şəraitini qeyd edib.

3. Dəyişkənliyin formalarını - qeyri-irsi (müəyyən və modifıkasiya), irsi (mutasiya) və nisbi (korrelyativ) - ilk dəfə öyrənib.

4. Süni seçmənin əsas prinsiplərini öyrənərək təbii seçmə üsulunu təklif edib.

5. Təbii seçmənin nəticəsi saydığı uyğunlaşmanın nisbi xarakter daşımasını daha ətraflı izah edib.

6. Əlamətlərin parçalanması, divergensiyası əsasında yaranan növ əmələgəlmənin mexanizmini ilk dəfə izah edib.

Təkamül prosesinin mexanizminin formalaşmasında növ anlayışının çox böyük rolu vardır. Növ - morfoloji və fizioloji cəhətdən irsən (genetik olaraq) oxşar olan, sərbəst çarpazlaşan və balavermə ilə nəslini saxlayan, təbiətdə müəyyən areal tutan və tarixən formalaşan fərdlərin məcmusundan ibarətdir. Növlər bioloji baxımdan bir-birindən təcrid (izolyasiya) olunmaqla, hər bir növü xarakterizə edən əsas əlamət və xassələr (kriteriyalar) mövcuddur:

Morfoloji kriteri - növə məxsus olan ayrı-ayrı fərdlərin xarici və daxili quruluşunun oxşarlığından ibarətdir.

Genetik kriteri - növün kariotipini (xromosom sayını və quruluşunu) xarakterizə edən ən başlıca kriteridir.

Fizioloji kriteri - növün fərdlərinin orqanizmində baş verən fizioloji, biokimyəvi, metabolik, xüsusilə də çoxalma proseslərində mövcud olan oxşarlıqlardan ibarətdir.

Coğrafi kriteri - müxtəlif növlərin məskunlaşdığı, yayıldığı məkanı - arealı xarakterizə edir.

Ekoloji kriteri - növə mənsub olan mövcud həyat şəraiti, onun adaptasiya olunduğu xarici ətraf mühit amillərinin məcmusunu xarakterizə edir.

Biokimyəvi kriteri - biokimyəvi göstəricilərdən zülal və nuklein turşularının tərkibində və quruluşundakı mövcud fərqlərə əsasən növün yerinin müəyyən olunmasından ibarətdir. Hər bir növün elementar quruluş və təkamül vahidi populyasiya hesab edilir.

Populyasiya - arealın müəyyən hissəsində uzun müddət yaşayan, həmin növün eyni məkanda birgə yaşayan fərdlərindən təcrid olunan, sərbəst çarpazlaşan hər hansı bir növün fərdlərinin məcmusundan ibarətdir. Beləliklə, növün özü müəyyən areal daxilində müvafiq sahə tutan ayrı-ayrı populyasiyalardan təşkil olunub.

Tədqiqatçılann fikrincə, hominid ailəsinin yaranma məkanı Yer kürəsinin ekvatorial qurşağı, Homo növününkü isə Şərqi Afrika olub. Hominid ailəsinin təkamülü qeyri-hamar (qeyri-bərabər), "naxışlı” xarakterə malikdir. Təkamülün xüsusi hominid şaxəsi 14-15 mln ildən tez və 6 mln ildən gec olmayaraq Hominizasiyanın əsas tendensiyalarına aiddir: düzgün qamətli yeriş, beyinin həcminin böyüməsi və onun quruluşunun differensiasiyası (ixtisaslaşması, təkmilləşməsi), əmək orqanı kimi əllərin inkişafı, boy və inkişafın müddətinin azalması, yeni əxlaq üsulunun mənimsənilməsi (əmək fəaliyyətinə adaptasiya). 5 mln il bundan əwəl hominidlər Afrikada və onun ətraflanndakı ərazilərdə çox geniş yayılan ikiayaqlı insanabənzər meymunları, avstralopitekləri xatırladıb. Avstralopiteklər müəyyən qədər vəhşi təbiətli olmaqla, müxtəlif heyvanlan sadə ov alətləri ilə ovlayıblar. Beləliklə, müasir insan üçün xarakterik olan heyvan mənşəli məhsullardan istifadə olunmasının çox qədim tarixi vardır. Avstralopiteklər bizim eramızdan bir neçə milyon və yüz minlərlə illər intervalmda mövcud olub. Antropoloqlarm əksəriyyətinin fikrincə, hominid ailəsinin (avstrolopiteklər də daxil olmaqla) peyda olması iqlimin quraqlıq istiqamətində dəyişilməsi və tropik meşələrin qırılması nəticəsində səhralann və savannalarm geniş yayılması şəraitində mövcud olub. Ekoloji situasiyanın kəskin surətdə dəyişilməsi, meşəsizləşmə, səhralaşma və savanna şəraitinin yaranması insanabənzər meymunlarda tullanmaqla ov etmək əvəzinə yeni hərəkət sitstemi, iki ayaq üstə yerimək və qaçmağa səbəb olub. Onlar yeni mühit və şəraitə uyğun olaraq səhralarda və savannalarda digər ərzaq növləri axtarmaq məcburiyyətində qalıb. Bitki meyvələrinin toplanmasından vəhşi heyvanların ovlanmasma keçid daşdan müxtəlif silah və alətlərin hazırlanması zərurətinə zəmin yaratdı.

Antropoloqların (xüsusilə, Luis Likin) Şimali Afrikada Tanqanika gölünün yaxınlığındakı Oldovay qəsəbəsində apardıqlan tədqiqatlar müasir insanın ən qədim sələflərinin 2-2,5 mln il əvvəl mövcud olduğunu və onun bacarıqlı insan (Homo habilis) adlandığını göstərir. Onlar uzun müddət avstralopiteklərlə birgə yaşamışlar. 1,5 mln il sonra isə bacanqlı insan düzyeriyən insanla (Homo erectus) növbələşir. Təxminən 2 mln il əvvəl Homo erectus hominidin yer kürəsində yeganə nümayəndəsi oldu. 50-35 mln il əvvəl isə, dərrakəli insan (Homo sapiens) peyda oldu. Alimlərin əksəriyyətinin fikrincə, Homo sapiens iki yanmnövə neandertal (Homo sapiens neandertbalensis) və müasir insana (Homo sapiens) bölünür. Morfoloji quruluşu cəhətdən neandertallar həm əvvəlki paleoantroplardan, həm də müasir tipli insanlardan xeyli fərqlənir. İnsan bioloji və sosial varlıq kimi tarixi inkişaf prosesində müxtəlif neqativ təsirlərə məruz qalıb, morfofunksional, anatomiki və fizioloji cəhətdən təkmilləşərək olduqca mürəkkəb təkamül yolu keçib.

K.Linney insanı məməlilər sinfinin dəstəsinə aid edib. J.B. Lamark və Ç.Darvin onun insanabənzər meymunlarla ümumi əcdada malik olması fikrini irəli sürüb,F.Engels isə - insanın antropogenizində sosial-ictimai amillərin, o cümlədən əməyin böyük rol oynaması ideyasını elmə daxil etmişdir. Müasir antropoloqlar son zamanlar insan yanımcinsinin bir növü olan neandertalların sümüklərindən aynlan mitoxondri DNT-ləri üzərində fundamental elmi-tədqiqatlar apararaq sübut etdilər ki, həmin varlıqlar meymun - insan nəsil ağacı - gövdəsi üzərində əsla yerləşməyib və onun müxtəlif şaxələri hesab olunmur (Wade N: Neanderthal DNA Origins/ New York Times, Juli 11,1997). Göründüyü kimi, elmi cəhətdən əsaslandırma - fundamental tədqiqatlar insanın insanabənzər meymunlarla ümumi mənşəyə malik olması haqqındakı heç bir elmi əsası olmayan paradiqmalara birdəfəlik son qoydu və onların əsassız olduğunu isbat etdi. Bəzi morfofizioloji parametrlərə görə insan primatlarm nümayəndələri - oranqutan, qorilla, hibbonlar və şimpanze ilə oxşar və fərqli xüsusiyyətlərə - 32 daimi diş (kəsici, köpək və azı dişlərinin eyni miqdar da olması), 4 qan qrupu, dırnaqlı barmaqlar, differensiasiya etmiş sinir sistemi, bala qayğısı, sevinc və kədər hissləri, ümumi parazitlər (bit, birə, gənələr) və epidemiyalar (qarın yatalağı, dezinteriya, qrip, vəba, taun, çiçək və s.) malikdir. İnsan qabırğalann sayma görə (12 cüt) oranqutana, kəllənin, çanağın, biləyin və s. bədən nisbətlərinə görə qorillaya, kəllənin hamar formalı, döş qəfəsinin yastı olmasına görə hibbonlara, ətrafların ölçüləri və kəllənin quruluşu cəhətdən isə şimpanzeyə xeyli oxşardır. Lakin bunlara baxmayaraq, insan eyni dəstəyə aid edilsə də, düzgün qamətli, dik yeriməsi, bud və baldır əzələlərinin çox güclü inkişaf etməsi, hərəkətli, mütəhərrik biləkləri, tağşəkilli ayaq pəncələri, 4 əyriliyə malik S-vari onurğa sütunu, 2-ci siqnal sistemi (nitqlə qavramaq və davranmaq), ali sinir fəaliyyəti, yüksək şüuru, mücərrəd təfəkkürü, əmək alətləri və istehsal vasitələri yaratmaq və onlardan istifadə etmək bacarığı, yüksək quruculuq və yaradıcılıq istedadına, sivilizasiyaya, intellektə malik olması ilə nəinki meymunlardan, eləcə də bütün onurğalı və məməli heyvanlardan çox kəskin surətdə, tamamilə və mütləq olaraq fərqlənir. Buna görə də insanın antropogenezi - təkmilləşməsi bütün bioloji amillərdən uzaqlaşaraq, onların nəzarətindən tamamilə çıxmaqla, tarixi formalaşma prosesinin əsas epoxalarını və mərhələlərini, mürəkkəb fazalarını keçərək, yalnız sosial xarakter daşıyır.

Antropogenez (yunanca “antropos” - insan, “genezis” - mənşə) bəşəriyyətin bütün tarixi inkişaf dövrlərində insanın bir bioloji və sosial növ kimi keçdiyi mürəkkəb təkmilləşmə - təkamül yoludur. İnsan öz inkişafı və formalaşması prosesində əvvəlcə digər canlılar kimi bioloji hərəkətverici qüvvələrin, daha sonralar isə əmək fəaliyyəti nəticəsində formalaşaraq, sosial amillərin təsirinə məruz qalıb, insanın tarixi inkişaf prosesi zamanı formalaşmasında əmək qabiliyyətinin differensiallaşması nəticəsində bioloji amillərin təsiri, rolu get-gedə azalaraq, sosial amillərin güclənməsinə və böyük üstünlük təşkil etməsinə səbəb olub. Bioloji amilləri Ç.Darvin, təkcə insan təkamülü üçün xarakterik olan sosial amilləri isə F.Engels təklif edib. Beləliklə, antropogenezin əsas hərəkətverici qüvvələri bioloji və sosial amillər hesab olunur. İnsanda ilk morfo- fizioloji və fizioloji dəyişiklik (antropomorfoz) düz və dik, 2 ayaq üstə yerimək, başlıca, aparıcı hərəkətverici amil isə əmək fəaliyyəti olub. Düz qamətlə (dik) yerişə keçid nəticəsində onurğa sütunu S-vari formada əyilmiş və omba sümüyü çox möhkəmlənmişdir. Alt çənənin formalaşması, çanaq sümüklərinin öndə bir-biri ilə birləşərək çanaq bitişməsini əmələ gətirməsi, əmgək çıxıntısının itməsi, ayaq tağının yaranması və s. hallar da antropomorfoza aiddir. İnsanın ən ali inkişaf etmiş sosiobioloji varlıq kimi formalaşmasında birgə, icmalar, cəmiyyətlər formasında ictimai həyat tərzinin və əmək fəaliyyətinin misilsiz dərəcədə apancı rolu olub. Ağız boşluğu aparatının və qırtlağın insanın təkamül prosesində irsi dəyişkənliklərə məruz qalması nəticəsində onda aydın nitq-danışıq tərzi yaranıb, vəhşi heyvanlardan fərqli olaraq, insan söz formasında olan siqnalları qəbul etməyə başlayıb, onda 2-ci siqnal sistemi formalaşıb. Nitqin yaranması prosesində insanda əvvəlcə əmək fəaliyyəti əməliyyatlarını bildirən, əməklə əlaqədar olan sözlər, sonralar isə əşyaların adları yaranıb və təşəkkül tapıb. İnsanlar arasında nitqin əsasən jestlər vasitəsilə olması nəticəsində daha sonralar onlarda mücərrəd təfəkkür forması mövcud olub.

 

Mənbə: Qərib Məmmədov - İnsan Ekologiyası

Bax:

Təkamül Nəzəriyyəsi Haqqında Ümumi Anlayış

Təkamül Nəzəriyyəsi - Təbii Seçmə

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə