Xaricdə Təhsil Almaq Qaydaları

Xaricdə necə təhsil ala bilərəm? sualı çox maraqlı amma geniş sahədir. Biz umumi biliklərinizi yeniləməyə çalışacağıq ki, sonra seçimlər etmək sizin üçün də asan olsun. Xaricdə təhsil almağı düşündüyünüzdə ilk öncə sahəni, büdcəni düşünməlisiniz. Yəni sizin hansı ölkədə oxumaq şansınız var. 

Xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin istəyidir. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir.

Bakalavr üzrə təhsil almaq

Bakalavr pilləsi orta məktəbi bitirdikdən sonra universitet təhsilinə ayaq qoyacağınız ilk pillədir. Bəzi ölkələrdə 3 (Avropa), 4 (MDB və Amerika) və digər ölkələrdə isə 5 illik ola bilər. Bu hər ölkənin təhsil sisteminə görə müəyyənləşir. Lakin hal-hazırda 3 və 4 illik proqramlar dünyada daha çox yayılmışdır.

Azərbaycanlı gənclər üçün daha məqbul variantlar iki sistem üzrə aparıla bilər:

1) Azərbaycanda 11-ci sinifi bitirib birbaşa bakalavr pilləsinə qəbul edən ölkələr.

2) Azərbaycanda 11-ci sinifi bitirib baza təhsilini keçdikdən sonra qəbul edən ölkələr.

Xaricdə birbaşa təhsil almaq üçün ölkələrin bizim attestatı tanımaları önəmlidir. Müəyyən ölkələr bizim Orta Təhsil Haqqında Attestatı öz orta məktəb sistemləri ilə eyni saydığı və tanıdıqları üçün azərbaycanlı tələbələr bu ölkənin universitetlərinə qəbul ola bilərlər. Amma burada bəzi ölkələr bizim TQDK imtahanı olmadan, bəziləri isə  TQDK imtahanı tələb edirlər. Bura aşağıdakı ölkələr daxildir:

Polşa Universitetləri (Attestat və İngilis dili sertifikatı)

Litva (Attestat və İngilis dili sertifikatı)

Latvia (Attestat və İngilis dili sertifikatı)

Estoniya (Attestat və İngilis dili sertifikatı)

Luksemburq ((Attestat və fransiz dili sertifikatı)

Macaristan (Attestat və İngilis dili sertifikatı)

Amerika Birləşmiş Ştatlarıda Universitetlər üçün  (Attestat + SAT I və bəzən II)/

Kanada yerləşən Universitetlər (Attestat və İngilis dili sertifikatı)

Niderland Krallığı (applied sciences) (Attestat və İngilis dili sertifikatı)

Türkiyə Dövlət Universitetlərinə (TQDK balı , SAT I, Daxili YÖS + Attestat + Türk və İngilis dili sertifikatı)

Avstria (Attestat, TQDK balı, Alman və ya İngilis dili sertifikatı)

Xaricdə təhsil almaq üçün ikinci qrupa aid olan ölkələr isə Azərbaycanda 11-ci sinifi bitirən şagirdləri birbaşa qəbul etmir. Çünki həmin ölkələrdə orta məktəb 12 və yaxud da 13 illikdir. Bunun üçün ya həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiz ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız.  Bu qrupa demək olar ki, qalan bütün ölkələr daxildir.

Almaniya (iki il universitet təhsili və ya Ştudien Kollec)

Fransa ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)

Böyük Britaniya Universitetləri ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)

Norveç (iki il universitet təhsili və Norveç dili)

İsveç (iki il universitet təhsili və İngilis dili)

Finlandiya (iki il universitet təhsili və İngilis dili)

İrlandiya (bir il universitet təhsili və İngilis dili)

İtaliya  (bir il universitet təhsili və İngilis və ya İtalyan dili)

İspaniya  (bir il universitet təhsili və İngilis və ya İspan dili)

Asia ölkələri (Korea, Yaponiya, Çin) (bir il universitet təhsili və İngilis dili)

 

Xaricdə Bakalavr təhsil almaq üçün hansı imtahanlar tələb olunur?

Ümumiyyətlə, xaricdə təhsil almaq üçün əsasən TOEFL və IELTS imtahanları tələb olunur. Bu imtahanlar yalnız ingilis dilində təhsil almaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Siz Avropa ölkələrində təhsil almaq üçün bu imtahanlardan keçmək məcburiyyətindəsiniz. Ola bilər bəzi universitetlər olsun ki, bu imtahanları tələb etməsin. Yəni universitet özünün tələb etdiyi imtahanla qəbul etsin tələbəni. Önəmli olan öncədən doğru universiteti seçmək və onların qaydalarına görə hazırlaşmaq lazımdır. 

 

Xaricdə Magistr təhsili almaq

Xaricdə Magistr təhsili almaq üçün müəyyən imtahanlar tələb olunur. Hal-hazırda bir çox  gənc magistr təhsillərini xaricdə davam etdirməyi üstün tuturlar. Bu səbəbdən də magistr üzrə təhsil alanların sayı bakalavr üzrə təhsil alanların sayından xeyli çoxdur.

Xaricdə magistr təhsili almaq üçün ilk öncə bakalavr diplomu olmalıdır. Bu diplom olduqdan sonra müəyyən imtahanlar tələb olunur. Yenə də ingilis dili üzrə təhsil almaq istəyənlər TOEFL və IELTS imtahnlarından keçməlidirlər. Türkiyə üçün ALES imtahanı tələb olunur. Türkiyənin özəl universitetləri üçün isə TOEFL və IELTS də keçərlidir. Əksər ABŞ  və digər ölkənin  (avropa)  universitetləri GMAT və GRE  imtahanları da tələb edirlər.

 

Xaricdə Magistr təhsili üçün ixtisasım bakalavr ixtisası ilə eyni olmalıdır?

Bu bir qədər mürəkkəb məsələdir. İxtisas təbii ki, bakalavr ixtisası eyni olmalı və yaxud da yaxın ixtisas olmalıdır. Məsələn, humanitar elmlər üzrə təhsil alan tələbə, dəqiq elmlər üzrə təhsil ala bilməz. Bu həm də onun oxuması üçün çətin  olar. Bu səbəbdən də xaricdə magistr təhsil almaq istəyənlər bakalavr ixtisasına yaxın və yaxud da eyni ixtisası seçməlidirlər. İstisna hallar ola bilər ki, bakalavr ixtisasınız başqadır və siz magistr üzrə başqa ixtisas üzrə təhsil almısınız. Bu ola bilər, amma bunu bəzi universitetlər qəbul edir. 

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.