Xəbər 2018-07-02

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.

Fənn müsabiqələri  riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Beynəlxalq olimpiyadalara hazırlıq mərkəzləri olan fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü lisey və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyada təşkil edilən final mərhələdə 1368 şagird iştirak edib.

Final mərhələdə şagirdlərə fənlərə müvafiq tapşırıqlarla bərabər, qeyri-standart düşüncə, analiz etmə qabiliyyəti tələb edən tapşırıqlar da təqdim edilib.

Təhsil Nazırliyinin verdiyi xəbərə görə müsabiqənin birinci mərhələsində 18 000-ə yaxın şagird iştirak edib.

Fənn müsabiqələrinin final mərhələsinin nəticələri iyulun 6-dək  www.olimpiada.edu.az  saytında elan ediləcək.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti