loading...

Qəbul imtahanlarının yeni modeli açıqlandı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 29 sentyabr 2017-ci il tarixində növbəti iclası keçirilib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, iclasda müzakirə olunan məsələlərdən biri də 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli olmuşdur. Müzakirələrin sonunda Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan yeni model qəbul olunmuşdur.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər:

I qrup - Riyaziyyat,Fizika,Kimya

II qrup - Riyaziyyat,Coğrafiya,Tarix

III qrup -  Azərbaycan dili,Tarix, Ədəbiyyat

IV qrup - Kimya, Biologiya, Fizika

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.