Dahi rus fizioloqları İ.P.Pavlov və İ.M.Seçenovun təliminə görə insan və heyvan orqanizmi vahid bioloji sistem olmaqla xarici mühit amilləri ilə qırılmaz dialektik vəhdət və əlaqənin hesabına həyat fəaliyyətini dayanıqlı surətdə davam etdirir. Bu əlaqə sinir və humoral yolla (hormonlar, neyrosekretlər, metabolizm məhsulları, vitaminlər, mediatorlar, makro və mikroelementlər) həmin sistemlər tərəfindən təmin olunur. Xarici mühit amillərindən əsasən atmosfer havası və qidalar (yemlər), eləcə də su mənbələri, torpaq ehtiyatları, ərazinin ekoloji durumu orqanizmə təsir edir. Həmin amillərin təsirindən orqanizmidə gedən fizioloji və biokimyəvi proseslərin (metabolizm, hərəki, sekretor, hormonal, ferment