Bölmələr

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6

Harri Potter və dostları Hoqvartsda üçüncü illərinə qədəm qoyurlar. Sehr dünyasının isə bütün diqqəti, qüvvələri Azkaban həbsxanasından qaçmağı bacarmış sehrbaz, Qara Lordun sadiq xidmətçisi Sirius Blekin axtarışına yönəlib.

Masumiyet Müzesi, Nobel mükafatı lauriyatı yazar Orxan Pamukun 29 Avqust 2008-ci il tarixində yayımlanan, qızı Röyaya həsr etdiyi sevgi romanıdır. Günlük həyat,dostluq cinsəllik,yalnızlıq xoşbəxtlik və s. ilə əhatələnən roman Pamukun 10 illik çalışmasının nəticəsi olmuşdur. Roman çap olunub yayımlandıqdan sonra üç gün ərzində ən çox satılan kitablar siyahısına düşmüşdü.

“ Allah bilir, gərək heç vaxt göz yaşlarımızdan utanmayaq. Çünki, onlar gözlərimizi pərdələmiş tozu yatıran yağışdır, çünki onlar bizim daş ürəklərimizi yumşaldır. Ağlayandan sonra özümü əvvəlkindən daha yaxşı hiss edirdim – daha peşman, öz naşükürlüyümdən daha çox xəbərdar, daha zərif. “

Kitab "Taxt oyunları"ın (Game Of Thrones) tarixi hesab oluna bilər. İlk insanların, andalların yaranmasında Robertin üsyanına qədər böyük bir icmalı vardır.

“Tanrılar Məktəbi” kitabı insanın həyata baxışını, məqsədini, düşüncə tərzini dəyişdirən, düşünmə qabiliyyətində inqilab yaradacaq,insanın daxilini kəşf etməsinə kömək olacaq kitablar siyahısında ön sıralarda yer alır.

Əsər Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın «E» blokunun sabiq baş nəzarətçisi olmuşdur. Onun «qəyyumları» arasında Con adlı nəhəng, safqəlbli bir zənci də var idi. O, iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məsələnin tamam başqa şəkildə olduğu ortaya çıxır.

Nikola Tesla, naqilsiz elektrik texnologiyasını kəşf edərək ABŞ-ın müasir dünyaya addım atmasına yardım etmişdir. Vladimir Pistalo zəngin xəyal gücü ilə Teslanın daxili dünyasını kəşf üçün yola çıxır. - W Bernard Carlson(Tesla: Elektrik Dövrünün ixtiraçısı - kitabının yazarı)

Romanda əsərin qəhramanı Fəridənin - Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsil türk qızının obrazı bədii ustalıqla qələmə alınmışdır.

16 yaşlı Məsumə üzünü görmədiyi oğlana zorla ərə verilir. Ali təhsil almaq istəyən və başqasını sevən, zorla ərə verilən və buna görə də intiharı üstün tutan Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdır. Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və təbiişəkildə təsvir olunur.

Xatirələri dünyada bəlkə də ən çox oxunan şəxs olan Anna Frank (1929-1945), müharibə zamanı faşistlərdən gizlənmək üçün ailəsi ilə birgə 2 il boyunca bir evin damında yaşadı. Dünyanı kənardan izlədi. Yeniyetməliyə burda addım atdı. İlk məhəbbətini burada yaşadı. Anna Frankın, şahidi olduğunu hadisələri günbəgün yazdığı xatirə dəftəri, onun ölümündən sonra atası tərəfindən “Anna Frankın gündəliyi” adı ilə nəşr olundu. Kitab 60 dilə tərcümə olundu, yüzlərcə dəfə yayınlandı.

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
2

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə