ISO seriyalı standartların inkişaf tarixi

ISO seriyalı standartların inkişaf tarixi

50 – 60 -cı illərin sonlarında Boyük Britaniya Müdafiə Nazitliyinin  tədarükçülər tərəfindən gətirilən silahların keyfiyyəti ilə ələqədar bir sıra problemlər baş qaldırmışdır. Ona görə də Müdafiə Nazirliyi Müdafiə Standartları adlanan, müdafiə avadanlıqlarının layihəçiləri, istehsalçıları və tədarükçüləri tərəfindən təsdiq və tədbiq edilən keyfiyyət proseduralarını işə saldı.

1970 –ci ildə  Müdafiə Standartları AQAP standartlarına daxil edilir ki, hansı ki, bu gündə NATO ölkələrinin müdafiə məhsulu istehsalçıları tərəfindən istifadə edilir.

Keyfiyyət sisteminin və standartlarının tədbiq edilməsi zərurəti digər sənaye sahələrində də özünü göstərməyə başladı.

Ona gərə də, 1979 – cu ildə digər sənaye sahələrində  də Keyfiyyət sisteminin təsdiqi olaraq BS 5750 standartı yaradıldı. BS 5750 AQAP standartlarına əsaslanırdı.

Mövcud tələbatlardan irəli gələrək, 1987- ci ildə beynəlxalq İSO 9000 standartı işlənib hazırlandı. O, BS 5750 (1987) standartının köhnə versiyasının analogiyasına əsaslanırdı və tezliklə Keyfiyyət sisteminin dünya standartı kimi öz təsdiqini tapdı. 90- cı illərin əvvəllərində İSO 9000 yenidən baxıldı, tədbiq edilərkən aşkara çıxarılan səhvlər və uyğunsuzluqlar aradan qaldırıldı, standartın terminalogiyası təkmilləşdirildi və digər firmalarada adaptasiya edildi. Yenidən baxılmış standart 1994 –cü ildə İSO və BSİ ( standart üzrə Britaniya İnstitutu ) standartları üzrə Beynəlxalq Təşkilat tərəfindən rəsmi olaraq təsdiq edildi.           

   

İSO 9000 standartları müəssisənin bazardakı yeni vəziyyətini müəyyən edir. İSO 9000 seriyalı standartların tərkibinə aşağıdakılar daxildir:

  1. İSO 9000 – Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyətin təmin edilməsi üzrə standartlar. Seçmə və tətbiq üzrə rəhbər göstərişlər.
  2. İSO 9001 – Keyfiyyət sitemi. Layihələndirmə və hazırlanma, istehsal, quraşdırma və xidmət zamanı keyfiyyətin təmin edilməsi modeli.
  3. İSO 9002 – Keyfiyyət sistemi. İstehsal və quraşdırma zamanı keyfiyyətin təmin edilməsi üçün modeli.
  4. İSO 9003 – Keyfiyyət sistemi. Yekun nəzarət və sınaqlar zamanı keyfiyyətin təmin edilməsi üçün model.
  5. İSO 9004 – Keyfiyyətə ümumi rəhbərlik və keyfiyyət sisteminin elementləri. Rəhbər göstərişləri sənaye inkişaf etmiş ölkələrin bir çoxunda bu standartlar milli standartlar kimi qəbul olunmuşdur.

Hazırda dünyanın bütün inkişaf etmiş ölkələri beynəlxalq standartları tanıyır və firmalarda mövcud olan keyfiyyət sistemlərini təkmilləşdirmək üçün onlardan istifadə edirlər.

İSO 9000 seriyalı beynəlxalq standartlara uyğun olaraq keyfiyyət sahəsində fəaliyyətin aşağıdakı əsas istiqamətlərini fərqləndirirlər:

  • keyfiyyətin planlaşdırılması;
  • keyfiyyətin idarə edilməsi;
  • keyfiyyətin təmin edilməsi;
  • keyfiyyətin yaxşılaşdırılması.

İSO 9000 seriyalı beynəlxalq standartlar müəyyən xüsusiyyətlərə malikdir:

  • məhsulun keyfiyyətinin idarə edilməsinə sistem baxımının tətbiqi;
  • istehlakçıya səmtlənmə;
  • məhsulun həyat tsiklinin bütün mərhələləri üzrə reqlamentləşdirilmiş tələblərin olması;
  • məhsulun keyfiyyətinin idarə edilməsi əsas funksiyaları üzrə həyata keçirilir;
  • konkret tələblərin sənədli rəsmiləşdirilməsi;
  • tövsiyyə xarakterində olması.

Məhsulun keyfiyyətinin təmin edilməsi sahəsində qazanılmış təcrübə dərindən öyrənilməli, təhlil olunmalı və sistemləşdirilməlidir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə