Kimya 2019-04-06

Tiamin

Tiamin

E-mail Üzvlüyü

Tiamin və ya B1 vitamini təmizlənməmiş düyüdə, kobud üyüdülmüş unda, noxudda böyük miqdarda tapılır. Onun çatışmazlığı nəticəsində insanda qeyrisağlamlıq, beri-beri və ya qida polinevriti adlanan xəstəlik baş verir, karbohidratlar orqanizmdə tam mübadilə olunmur, orqanizmin fiziki qüvvəsi və iştahası azalır, ürəyin və bağırsağın fəaliyyəti pozulur. Sinirlərdə milen qişası dağılır, uzunsov beyin mərkəzinin hüceyrələri tələf olur. Ürək fəaliyyətinin çatışmazlığı və diafraqmanın iflici nəticəsində isə insan ölə bilər.

B1 - kükürd saxlayan maddələrə aiddir. Onun çatışmazlığı həm də qanda piroüzüm və süd turşusunun miqdarını artırır, sinir sisteminin fəaliyyətini pozur. B1 avitaminozunda beri-beri xəstəliyi inkişaf edir. Bu isə ayaqda zəiflik, iştahın pozulmasına, yuxusuzluğa gətirib çıxanr. Onun kişilər üçün gündəlik tələb olunan miqdarı 1,6-2,2 mq, qadınlar üçün isə orta hesabla 1,3-1,7 mq-dır.

Qida məhsullarında karbohidratların miqdarı çox olduqca, tiaminə olan tələbat da çoxalır. Mühitin temperaturası aşağı düşdükdə, hamiləlikdə, fıziki və əsəb gərginliyində B1 vitamininə olan tələbat artır. Onun miqdarı pivə mayalarında 0,5 mq%, donuz ətində 0,8mq%, qaraciyərdə 0,37 mq%, ağ çörəkdə 0,15 mq%-ə çatır. Xəmir məmulatlarının bişirilməsi zamanı, tərkibdə çay (qida) sodası olduğu hallarda qələvi mühit yarandığından tiamin parçalana bilir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti