Texnoloji maşınların quruluşu

Texnoloji maşınların quruluşu

E-mail Üzvlüyü

Qida məhsullarının mexaniki emalında istifadə olunan texnoloji maşınları öyrənmək üçün ilk növbədə onların quruluşunu və hissələrinin funksional təyinatlarını bilmək lazımdır.

Müasir texnoloji maşınlar bütöv bir gövdədə və çatıda quraşdırılmış hərəkət mənbəyindən, ötürücü və icraedici mexanizimlətrdən, həmçinin tənzimləmə, idarəetmə, mühafizə qurğularından ibarətdir. Hərəkət mənbəyi texnoloji maşınların icraedici mexanizimlkərinin işlək üzvlərini hərəkətə gətirmək üçün təyin edilmişdir. Qida emalı müəssisələrinin texniloji maşınlarında əsasən hərəkət mənbəyi kimi asinxron elektrik mühərriklərindən istifadə edilir.

Ötürücü mexanizimlər hərəkət mənbəyindən icraedici mexanizmin işlək üzvlərinə hərəkətin verilməsi üçün təyin edilmişdir və onların kinematik sxemi icraedici mexanizimlərin işlək üzvlərinin hərəkətindən, həmçinin sürətindən asılıdır. emal müəssisələrinin texnoloji maşınlarında ötürücü mexanizimlər başlıca olaraq üç müxtəlif konstruktif tərtibatda hazırlanır.

1. Ötürmə qurğusu ayrıca gövdədən və yaxud çatıdan ibarətdir. Bu halda belə ötürmə qurğuları təyinatından asılı olaraq istənilən maşında istifadə edilə bilər. Buna reduktorlar, multiplikatorları, sürətlər qutusunu və s. Misal göstərmək olar.

2. Ötürmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə birləşdirilmişdir. Belə qurğu intiqal adlanır.

3. Ötürmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə idarəedici mexanizilmlə birləşdirilmişdir. Bu cür konstruktiv tərtibat ümumilikdə texnoloji maşını təşkil edir.

Icraedici mexanizim maşının işlək üzvünü hərəkətə gətirmək üçün təyin edilmişdir. Mexanizmin aparılan bəndinə işlək üzvləri bərkidilir, aparılan bənd isə intiqal mexanizminə birləşdirilir.

Verilmiş texnoloji proseslərə uyğun olaraq maşının işlək üzvü emal olunan məhsula bilavasitə təsir edir. əksər hallarda texnoloji proses maşınlarda bir neçə işlək üzvlərlə yerinə yetirilir. Belə maşınlar bir işlək üzvə malik olan sadə maşınlartdan mürəkkəbliyi ilə fərqlənirlər. Icraedici mexanizimlər işlək üzvlərin iş şəraiti ilə xarakterizə olurlar. Belə ki, fasiləsiz işləyən icraedici mexanizimlərdə bütün hərəkət tsikli müddətində işlək üzv bilavasitə emal olunan məhsulla təmasda olur; fasiləli işləyən mexanizilmlərdə isə hərəkət tsiklin müəyyən hissəsində işlək üzv emal olunan məhsulla təmasda oluar, tsiklin yerdə qalan hissəsində mexanizmin işlək üzvü boş gediş vəziyyətini alır.

İdaretmə mexanizimləri maşının işəsalınmasını və dayandırılmasını, həmçinin istismar zamanı ona nəzarət edilməsini həyata keçirir. Tənzimləmə mexanizmi maşının verilmiş iş rejiminə gətirilməsinə xidmət edir, mühafizə mexanizmi isə maşının düzgün işə qoşulmamasının aradan qaldırlmasınada istifadə edilir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti