Şüşə Texnologiyası - Xammalın Emalı

Şüşə Texnologiyası - Xammalın Emalı

E-mail Üzvlüyü

Keyfiyyətli şüşə kütləsi və hazır məmulatlar almaq üçün xammal materialların ilkin emalı həyata keçirilir. Əsas maddənin tərkibindən və növündən asılı olaraq ilkin emalı təmizlənmə, qurutma, xırdalama və s. kimi əməliyyatlar aid edilir.

Qum təmizlənir, daha doğrusu müxtəlif çirkdən və dəmir oksidləri qatışığından azad edilir. Qum diqqətlə təmizləndikdən sonra, gil qatışıqlarından azad edilmək üçün yuyulur və qurudulur.

Əsas materiallar (əhəng, tabaşir dolomit) xırdalanır və yuyulur. Rənglədicilərin, şəffaflıq verən və başqa köməkçi materialların bərabər paylanması üçün onlar daha narın üyüdülür və ələkdən ələnir. Şüşə qırıntıları kimyəvi tərkibinə və kəsəklərinin böyüklüyünə görə sortlaşdırılır. Çirkdən təmizləmək üçün su ilə yuyulur, xırdalanır, elektromaqnitdən keçirilir.

Hazırlanmış xam materiallar üyüdülür, müəyyən resept üzrə avtomat tərəzilərdə çəkilir və eynicinsli tozaoxşar kütlə alınana qədər diqqətlə qarışdırılır. Bu, şixta adlanır.

Şüşənin əridilməsini aşağıdakı əsas mərhələlərə ayırmaq olar:

1. Silikatın əmələ gəlməsi;

2. Şüşənin əmələ gəlməsi;

3. Şəffaflaşdırma, durulaşdırma;

4. Homogenləşmə;

5. Soyutma.

Silikatın əmələ gəlməsi. Bu mərhələdə rütubət, su ayrılır, qızdırma davam etdikcə bərk vəziyyətdə ikiqat natrium-kalsium karbonat əmələ gəlir. 6000C-də turşulu qaz ayrılmağa başlayır. 8300C qızdırdıqda ikiqat karbonatın silikatla qarşılıqlı təsiri nəticəsində karbon turşulu qaz ayrılır, şüşəni köpükləndirir və bu əriməyə daha aktiv təsir edir.

Şüşənin əmələ gəlməsi temperaturun artması nəticəsində qum dənələri və silikatlar əriməyə başlayır. Şüşə kütləsi daha şəffaf və hərəkətli olur, lakin onda hələ çoxlu qaz və bərk hissəciklər olur. Şüşə 1150-15000C temperaturda əmələ gəlir və bu silikat əmələ gəlməsindən diffuziya prosesinin böyük intensivliyi ilə fərqlənir.

Şəffaflaşdırma. Bu mərhələdə şüşə kütləsi qaz və hava qabarcıqlarından azad olur. O, keyfiyyətli şüşə kütləsi almaq üçün daha mürəkkəb və lazımlı mərhələdir. Şəffaflaşdırma 1400-15000C temperaturda aparılır. Şəffaflaşdırma nəticəsində şüşə kütləsi şəffaf və bircinsli olur.

Homogenləşmə tam ərimə temperaturunda, şüşə kütləsinin şəffaflaşdırılması ilə eyni zamanda aparılır. Bunun üçün şüşə kütləsi sakit vəziyyətdə saxlanılır, kimyəvi tərkibi ilə bərabərləşdirilir və şüşə kütləsi dammar nöqsanından azad edilir.

Soyutma mərhələsində ərimiş şüşə kütləsinin temperaturu 200-3000C aşağı düşür. Bu temperaturda şüşə kütləsi məmulat istehsalı üçün hazır olur.

Bax: Şüşə Texnologiyası


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə