Sümük toxuması qədər elastik implant xəlitəsi yaradıldı

Rusiya Beynəlxalq Elm və Texnologiya Universitetinin (МИСиС) elm adamları elastikliyi sümük toxumasına bənzəyən, quruluş yaddaşına sahib implant xəlitəsi yaradıblar. Yaradılan implant xəlitəsi tibbi implantların ömrünü uzadır.

Son illərdə zərər görən sümüklərin yerinə hazırlanan implantlarda insan vücudundakı canlı toxumalara uyumlu titan metalından istifadə olunurdu. Ancaq titan implantlar sümük qədər elastik olmamalarından yavaş-yavaş dezavantaj yaradırdı. Hüceyrələrin ölməsi səbəbindən bir müddət sonra implantın dəyişdirilməsi vacib olurdu.

Materials Science and Engineering jurnalında yayımlanan xəbərə görə МИСиС alimləri Kanadalı həmkarları ilə birlikdə bu problemlərinin həllini axtarıb tapıblar. Forma(quruluş) yaddaşına sahib elastikliyi sümük toxumalarına bənzəyən titan,sirkonium və niobiumdan ibarət xəlitə əvvəlki titan implantlarından daha çox davamlıdır.

Mənbə: МИСиС

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.