Tarix 2018-10-06

Şumer-Akkad mifologiyası

Şumer-Akkad mifologiyası

E-mail Üzvlüyü

Şumer-Akkad mədəniyyəti dünyanın ən qədim yaşayış məskənlərinin birində-Mesopotomiyada (İkiçayarası) yaranıb formalaşmışdır. B.e. əvvəl IV minilliyin sonu II minilliyin əvvəli bəşər tarixində Şumer dövrü hesab edilir. Amerika alimi S.Kramerin “Tarix Şumerdən başlanır” kitabı Şumerlərin kimliyi, onların mədəniyyəti və s. haqqında geniş məlumat verir. Şumerlər haqqında elm aləmində müxtəlif mübahisələr mövcud olsa da, onların yaratdıqları Ur, Uruk, Kiş şəhər-dövlətlər ən qədim sivilizasiyaların mərkəzi hesab olunur.

Şumer-Akkad ədəbi nümunələri, əsasən dörd qrupa bölünür:

1. Kosmoqonik və etioloji miflər

2. Allahlar və mədəni qəhrəmanlar haqqında dastanlar

3. Lirik mətnlər

4. Didaktik, əxlaqi-tərbiyəvi əsərlər

Şumer-Akkad miflərində kainatın yaranması, onun strukturu, allahların mənşəyi, insanlara gətirdikləri fəlakət və xoşbəxtliklər və s. haqqında bəhs olunur. Şumerlərin mifoloji düşüncəsində Allahlara aid miflərin yaranmasında kahinlərin xüsusi rol oynaması mühüm yer tutur. Anu, Enlil, Enki və Ninhursaq bu mifologiyada əsas tanrılar hesab edilir. Şumerlərin mifoloji düşüncəsinə görə bütün allahlar ilkin okean ilahəsi Nammudan yaranmışdır. Enlil (“küləklər allahı”) baş allah mövqeyində çıxış edir.

“Bilqamıs” dastanı (“dünyanın hər üzünü görmüş, hər şeyi bilən adamın dastanı”) yalnız qədim Şumer-Akkad ədəbiyyatının deyil, eyni zamanda dünyanın ən zəngin və ən əski miflərindən biri hesab edilir. “Bilqamıs” haqqında qədim şumer, hett, akkad və hurri dillərində bu günümüzə çoxlu əfsanə və nağıllar, müxtəlif mətnlər gəlib çatmışdır. Bu dastan Şumer mətnlərində beş nəğmə şəklində qurulmuşdur:

1. Bilqamıs və Aqa

2. Bilqamıs və Ölməzlər dağı

3. Bilqamıs və Səma buğası

4. Bilqamıs, Enkidü və yeraltı dünya

5. Bilqamıs yeraltı dünyada

Akkad variantında dastanın mövzu və sujeti dörd hissəyə bölünür:

1. Enkidü haqqında poema

2. Sidr meşəsində Humbaba ilə döyüş

3. İştarın hiyləgər və dağıdıcı fəaliyyəti

4. Bilqamısın ölümsüz həyat axtarması

“Bilqamıs” dastanı təqribən b.e. əvvəl VI-II minilliklərdə formalaşaraq gil lövhələr üzərinə köçürülmüşdür. On iki gil lövhədən ibarət bu dastanın əsas qəhrəmanı Bilqamıs böyük şəhərlər saldırır, çoxlu qəhrəmanlıqlar göstərir. Dostu Enkidü ilə birlikdə qorxunc Humbabanı öldürdükdən sonra allahlar tərəfindən Enkidü ölümə məhkum edilir. Bilqamıs ölümə qalib gəlmək üçün əbədi həyat qazanmış Utnapiştidən dənizin dibindəki ölümsüzlük çiçəyinin yerini öyrənir. O, çox çətinliklə bu çiçəyi əldə edir. Lakin çiçəyi öz xalqı üçün aparmaq istəyəndə yolda bir ilan onu oğurlayır, əbədi həyat Bilqamısa yox, ilana qismət olur.

Bilqamış adı bir sıra dillərdə Bilqameş, Gilqamış və s. şəklində də verilir. Dastanın akkad variantını dilimizə İsmayıl Vəliyev tərcümə edərək (1985; 1999) çap etdirmişdir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
2

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti