Tibb 2017-12-07

Stokholm sindromu

Stokholm sindromu

E-mail Üzvlüyü

Stokholm sindromu qurbanın zamanla öz təcavüzkarına qarşı duyduğu simpatiyadır. “Stokholm sindromu” adını 1973-cü ildə Stokholmda bir bank soyğunundan almışdır. Xəstəlik ilk dəfə psixiatrist Nils Bejerot tərəfindən müəyyən olunmuşdur.

23 avqust 1973-cü ildə həbsdən qaçmış məhkum Yan Erik Ulsson silahlı şəkildə banka daxil olur və bankın üçü qadın biri kişi olmaqla 4 əməkdaşını girov götürür. Soyğunçu əsirlər qarşılığında pul, silah, maşın və öz kamera yoldaşı Klark Ulafssona azadlıq tələb edir. Kamera yoldaşının azad edilməsi tələbi dərhal yerinə yetirilir və Klark banka gətirilir. Əsir olmuş bank əməkdaşları kiçik bir məkanda 5 gün ərzində soyğunçularla birgə qalırlar. Vəziyyət çox gərgin hal alır. Lakin bir müddət sonra qarətçilər və əsirlər arasında münasibətlər dəyişir. Əsirlər polisi tənqid etməyə və onların azadlığa buraxılması üçün danışıqlara başlayırlar. Hətta əsirlərdən biri baş nazirə zəng edərək qarətçilərdən qətiyyən qorxmadığını və əksinə onlara qarşı simpatiyası duyduğunu bildirir. Ancaq polislər qaz bombası hücumu ilə içəri daxil ola bilirlər, Ulsson və Ulafsson həbs edilir. Nəticədə əsirlər və qarətçilər arasında “isti” münasibətlər olduğu kimi qalır. Günün qəzetində "Soyğunçular bankdan pul oğurlaya bilmədilər, amma bəzi insanların qəlblərini oğurlamağı bacardılar" deyə xəbərlərə yer verilir. Əsirlərdən biri olaydan sonra nişanlısından ayrılaraq soyğunçunun həbsdən çıxmasını gözləyir və daha sonra onunla evlənir.

Bu olaydan sonra 1974-cu ildə Patty Heartst adında milyoner bir qadın terroristlər tərəfindən qaçılır, iki ay sonra onu qaçıran teroristlərlə birlikdə bank soyğunu zamanı həbs olunur. Vəkilləri məhkəməyə Stokholm sindromunu əsas gətirsədə məhkəmə bunu qəbul etmir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə