Sintetik Yuyucu Vasitələrin İstehsalı

Sintetik Yuyucu Vasitələrin İstehsalı

E-mail Üzvlüyü

Sintetik yuyucu vasitələrin sənayesi xalq təsərrüfatının nisbətən cavan sahəsi olmasına baxmayaraq, hazırda bu barədə dünyanın bir çox ölkələrində geniş tədqiqat işləri aparılır. Sintetik yuyucu vasitələrin son 65 ildə, xüsusilə ikinci dünya müharibəsindən sonra demək olar ki, bütün ölkələrdə geniş yayılmağa başlamışdır. Amerika Birləşmiş Ştatlarında 1939-cu ildən 2004-cü ilə kimi keçən dövrdə yuyucu vasitələr istehsalı 26 dəfə artmışdır.

Son illərdə yuyucu vasitələr sabuna nisbətən geniş tətbiq edilir və rəqabətdə sabunu daha çox sıxışdırır. Sabunun sulu məhsulunun fiziki və kimyəvi xassələri üzərində aparılan tədqiqat işlərindən məlum olmuşdur ki, təbii piylər əsasında alınan sabun növlərinin bir sıra başlıca qüsurları vardır.

Həmin qüsurlar xüsusən ondan dəniz suyu və cod suda istifadə etdikdə daha aşkar nəzərə çarpır. Bu səbəbdən də təbii piylərdən istehsal olunan sabunları tam keyfiyyətli yuyucu vasitə hesab etmək olmaz. Məlumdur ki, yuma zamanı sabunun sulu hidroliz olunaraq sərbəst əsas əmələ gətirib və nəticədə məhsulda əsasi reaksiya yaranmış olur. Doğrudur, belə məhlul yuma zamanı pambıq və kətan parçalara zərərli təsir etmir. Lakin o, yun, ipək, kapron, neylon, terilen kimi zərif və qiymətli parçalara çox zərərli təsir göstərir.

Məlumdur ki, sabunun sulu məhlulu codluq yaradan elementlərin təsirinə qarşı çox davamsız olub, onlarda suda həll olmayan kalsium və maqnezium duzları əmələ gətirir. Belə duzlar isə nisbətən özlü və yapışqan olduğundan, yuyulan parçanın üzərinə çökərək onu daha da çirkləndirir. Bu səbəbdən də həmin çirkin təmizlənməsi üçün əlavə sabun sərf edilmiş olur.

Beləliklə, dəniz suyunda və cod suda yuduqda xüsusilə codluq 15-17° və ondan artıq olduqda müəyyən hissə sabun çirkin turşuluğunun neytrallaşmasına ve heç bir yuyuculuq qabiliyəti olmayan yağ turşularının kalsium və maqnezium duzlarının əmələ gəlməsinə sərf edilir. Deməli, sabun istehsalı üçün külli miqdarda yağ va piy düzgün istifadə edilməmiş olur.

Beləliklə, göstərilən qüsur həm yağ və piy əsasında alınan sabunlarının tətbiq dairəsinin məhdudlaşdırır, həm də dəniz suyunda cod suda paltar yuduqda onun qiymətinin bir yuyucu vasitə olmaq etibarilə aşağı salır. Bununla əlaqədar olaraq son illərdə sənaye miqyasında suyu əvvəlcədən yumşaldan sintetik yuyucu vasitələr istehsal edilir. Sintetik yuyucuvasitələrin istehsalı ve istifadə həddinin genişləndirilməsinə səbəb təkcə yeməli yağ və piylərə qənaət etmək deyil, həm də bu növ vasitələrdən bir sıra üstün xüsusiyyətlərə malik olmasıdır. Səthi aktiv maddələr yuyucu vasitələr istehsalında səmərəli istifadə edilməsi üçün onda optimal yuyuculuq ve təmizləyicilik təsiri mühit yaratmaq lazımdır. Bu məqsəd üçün bir sıra yararlı əlavələrdən, məsələn: tripolifosfat, natriummetasilikat, karboksimetilsellüloza və s. istifadə edilir. Səthi aktiv maddələrinin istehsal həcmi ve çeşidi yararlı əlavələrin həcminə uyğun olmalıdır.

Müstəqil Dövlətlər Birliyində digər sözlə keçmiş Sovetlər İttifaqında 1985-ci ilə qədər yuyucu vasitələr istehsalı sürətlə artmış və həcmi 1,2 milyon tona çatmışdır. Sonra yenidənqurma və bazar iqtisadiyyatına keçid şəraitində respublikalararası təsərrüfat əlaqələrinin kəsilməsi nəticəsində əhalinin böyük tələbi olan bu məhsulların istehsalı azalmağa başlamışdır.

Son məlumatlara görə 2002-ci ildə ABŞ-da istehsal olunan bütün yuyucu vasitələrin 75%-nin sintetik yuyucu vasitələr təşkil edir. Son illərdə, digər ölkələrdə də yağlar əsasında istehsal edilən yuyucu vasitələrin həcminin azalması və sintetik yuyucu vasitələrin istehsal həcminin artması müşahidə olunur. Sabun istehsalında işlədilən yağlarıın sintetik yağ əvəzedicilərdə ödənilməsi iki istiqamətdə həyata keçirilir;

1. Paltar və ətir istehsalı üçün işlədilən yeyinti yağları neftin, parafin karbohidrogenlərin oksidləşməsindən alınan sintetik yağ turşuları ilə əvəz edildi;

2. Bir sıra toz və maye sabunların, neft məhsullarının kimyəvi işlənməsi və digər kimyəvi məhsullar əsasında istehsal olunur.

Qeyd etmək lazımdır ki, sintetik əvəzedicilərin istehsalında neftin, parafin karbohidrogenləri başlıca xammal mənbələrindən biri hesab edilir. Hazırda bu məqsəd üçün parafin karbohidrogenlərin işlənməsi prosesi beş müxtəlif yolla apanlır:

1. oksidləşmə;

2. sulfoxloridləşmə;

3. xlorlaşma;

4. sulfooksidləşmə;

5. nitrolaşma.

Bütün bu göstərilən kimyəvi işlənmə prosesləri, demək olar ki, sintetik yağəvəzedicilər və habelə səthi aktiv maddələr istehsalının müxtəlif mərhələlərində istifadə olunur.

Beləliklə, parafinlərdən alınan sintetik yağlı turşular istehsalının inkişaf etdirilməsi nəticəsində sabun və yuyucu vasitələr almaq üçün işlədilən xeyli miqdar yeməli yağa qənaət etmək üçün mümkün olmuşdur.

Aparılan tədqiqatlar göstərir ki, xam halda olan yuyucu vasitələrin bir sıra çatışmayan cəhətləri olduğundan və bu cəhətləri aradan qaldırmaq üçün onların tərkibinə müxtəlif növ faydalı əlavələr qatılır. Faydalı əlavələr tamı başlıca olaraq aşağıdakı vasitələrdən istifadə edilir: fosfor turşusunun duzları, natrium metasilikat, soda, natriumsulfat, natrium-perborat, optiki ağardıcılar, enzemlər, ətirli maddələr və s. Bu məqsədlə fosfor duzlarının ən əhəmiyyətlisi tripolifosfat-natriumdur.

Metasilikat-natrium demək olar ki, bütün sintetik tozvari yuyucu vasitələrə əlavə edilir, bu əlavə parçanın korlanmaqdan qoruyur və habelə maşının paslanmasının qarşısını alır. Aparılan tədqiqatlar göstərir ki, herborat-natrium su mühitində hidrogenperoksid ayırır ki, bu yuyulan parçanın ağarmasına səbəb olur.

Yuma zamanı paltarın rənginin yaxşılaşdırmaq üçün yuyucu vasitəyə bir sıra ağardıcı pereparatlar da əlavə edilir. Karbosimetilsellüloza yuyucu vasitələrə qatılan və lazımlı komponet hesab edilir. Karboksimetilsellüloza yuyulan paltarın üzərinə çirkin yenidən yayılmasının (resorsiya) qarşısının alır. Bu əlavə, pasta və toz halındakı yuyucu vasitələrə  qatılır. Bunun başlıca vəzifəsi onların yuyuculuq qabiliyyətini artırmaqdır. Lakin bu məqsəd üçün sodaya nisbətən tripolifosfatnatrium daha faydalı hesab edilir.

Çox zaman yuyucu vasitələrə qatılan faydalı əlavənin miqdarı tozun miqdarının çox hissəsinin təşkil edir. Ona görə də yuyucu vasitələrin istehsal həcminin tələbinə uyğunlaşdırmaq üçün göstərilən faydalı əlavələrin istehsalını əhəmiyyətli dərəcədə artırmaq lazımdır. Hesablamalar göstərir ki, sintetik yağ əvəzedicilərinin və müxtəlif növ yuyucu vasitələrin neftin, parafin karbohidrogenlərin oksidləşməsi əsasında istehsal edilməsi, bitki yağlarına nisbətən iki dəfə ucuz başa gəlir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə