Elm və Həyat 2018-02-06

Sinir implantları şüurunu bərpa edəcək

Sinir implantları şüurunu bərpa edəcək

E-mail Üzvlüyü

15 ildir davamlı vegetativ vəziyyət(Persistent Vegetative State) halında olan 35 yaşlı bir nəfər sinirlərin xəbərdarlığını göstərən, təkmilləşdirilməkdə olan bir müalicə səbəbindən şüurunun fəaliyyətdə olduğuna dair əlamətlər göstərməyə başladı. 12 aydan çox vegetativ vəziyyətdə olan xəstənin şüuruna qovuşması imkansız idi.

Bir maşın qəzası nəticəsində beyni ciddi şəkildə zədələnmiş xəstə ətraf mühitlə əlaqəsini kəsmişdi. Beyin kökünə - vagus sinirinə xəbərdarlıq etməsi məqsədilə bir implantın yerləşdirilməsi nəticəsində şüurlu olduğunu göstərən siqnallar verməyə başladı. Cisimləri gözləri ilə izləməyə, yanında hekayə oxuduqları zaman oyanıq qalmağa başladı və müşahidəçi üzünü gözlənilməz bir anda xəstənin üzünə yaxınlaşdıranda gözlərini təəccübləndiyini göstərən bir şəkildə açdı. Hətta bir dəqiqəlik müddətə ehtiyac duysa da, başını çevirməsi və başqa sadə istəklərini də yerinə yetirə bilirdi. Lyondakı Mark Cennerod Koqnitiv Elm İnstitutundan Angela Siriqunun dediyinə görə: “O, hələ də iflic vəziyyətdədir, danışa bilmir, amma cavab verə bilər. İndi o daha çox məlumatlıdır.”

Siriqu və komandası eyni üsulu daha aşağı həddə beyin zədələnmələri almış xəstələr üzərində tətbiq edərək daha yaxşı nəticələr əldə etməyi ümid edirlər.

Mənbə: https://www.theguardian.com/science/2017/sep/25/nerve-implant-restores-consciousness-to-man-in-vegetative-state


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti