Elm və Həyat 2018-01-16

Sinesteziya

Sinesteziya

E-mail Üzvlüyü

Sinesteziya yunanca “syn” (birlikdə) və “aesthesis” (qəbul etmək) kəlimələrindən yaranmışdır. Adından da məlum olduğu kimi rənglərin, səsin, iybilmə, dadbilmə və duyğu orqanlarının psixoloji əlaqələndirilməsinə sinesteziya deyilir. Goethe həndəsi fiqurları rənglərlə qeyd edirdi(məsələn: dairə — göy, üçbucaq — sarı). Artur R. yazırdı ki, “A” səsi - qara, “E” - ağ, “İ” - qırmızı, “U”- yaşıl, “O” - mavi rənglərdədir.

İvan Bunin daha dərinə gedərək rus əlifbasının bütün hərflərinin rəng ötürücüsünü şərh etmişdir. XX əsrin ortalarında sinesteziyanı ətraflı şəkildə psixoloqlar da öyrənməyə başladı. Onlar iddia edirdilər ki, sinesteziya bütün insanlar üçün xarakterikdir, lakin o çox vaxt özünü şüursuzluq halında göstərir.

Sinesteziya effektini qablaşdırma reklamlarında istifadə etmək olar, belə ki, rəng reklamda istehlakçıya düzgün istiqamətə yönəlməyə şərait yaradır. Praktikada rəngin funksional faydalılığı böyük rol oynayır. Şəraitdən asılı olaraq bu və ya digər rəng müəyyən psixoloji hiss əmələ gətirir.

Qırmızı: isti, fəal, xoş, şən. Qida məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, siqaret reklamlarının tərtibatında məsləhət görülür. Şirniyyat məmulatlarının qablaşdırılmasında ehtiyatlı olmağı tələb edir, belə ki, şirniyyatda qırmızı rəng doyma və ya ürək bulanma hissi yarada bilər. Zəif qırmızı dekorativ kosmetika cərgəsi tərtibatında idealdır. 

Göy: soyuq, dinc, xoş, sakit. Sevimli rənglər siyahısında sabit ikinci yeri tutur. Qida məhsulları, mineral sular, məişət texnikaları, santexnik avadanlıqlarının reklam tərtibatında məsləhət görülür.

Yaşıl: sabit, soyuq, səssiz, turş. Təbiət anlayışı ilə əlaqələndirilən təbii rəng, müalicə əhəmiyyətli, ekoloji cəhətdən təmiz məhsullar, dərman preparatları, müalicəvi kosmetika və pivə (turş dadlı) üçün məsləhət görülür.

Sarı: ilıq, ince, yüngül, təlaşlı. Rəng olaraq ziddiyətli olması xarakterikdir.Buna görə də ondan müxtəlif qida reklamı tərtibatında istifadə etmək olar.

Bənövşəyi: çətin,səssiz,özbaşına. Hər hansı gözlənilməz aspekti, mürəkkəbliyi, özünə məxsusluğu ilə seçilən məhsullarla yaxşı uyğunlaşır.

Qəhvəyi: torpaq, təbii, rahat. Təcrübəliliyi və ənənəçiliyi ifadə edir. Ənənəyə sadiq qalan məhsullara uyğun gəlir.

Qara: çətin, səssiz, özünəçəkən. Cüt rənglərlə psixoloji təsiri müəyyənləşdirir. Rəng kimi reklamda təntənəni, məhsulun vacibliyini və ekskluziv məhsulun yüksək qiymətini “özünü doğrultmasını” ifadə edir.

Ağ: yüngül, işıqlı, musiqili, açılan. Qara rəng kimi cütlükdə dəyərli deyil. Məhsulun “təravətli”, “təmiz”, “steril” olmasını ifadə edir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti