Sənayedə Nitrat Turşusunun Alınması Üsulları

Sənayedə Nitrat Turşusunun Alınması Üsulları

E-mail Üzvlüyü

Nitrat turşusu kimya sənayesinin ən mühüm məhsullarından biridir. Adi şəraitdə rəngsiz maye olan turşu sənayedə 2 növ buraxılır: tərkibində 50-60% olan duru və 96-98% olan qatı nitrat turşusu. Turşu haqqında əvvəlki mövzularda məlumat verilmişdir - Bax: Nitrat Turşusu.

Sənayedə nitrat turşusu 3 üsulla alınır.

- Sulfat üsulu ilə nitrat turşusunu almaq üçün bərk NaNO3-ın qatı H2SO4 ilə qarışığı çuqundan hazırlanmış retortlarda qızdırılır:

NaNO3 + H2SO4 =  NaHSO4 + HNO3

Sulfat turşusunun miqdarı elə götürülür ki, natrium hidrosulfat alınsın. Onda reaksiya nisbətən aşağı temperaturda gedir, çünki yüksək temperaturda natriumsulfat alınır və alınan nitrat turşusu parçalanır.

4NaNO3 + 2H2SO4 → 2Na2SO4 + 4NO2 + 2H2O + O2  

Bu üsulla 96-98%-li təmiz turşu alınır.

- Qövs üsulu ilə nitrat turşusu almaq üçün havanın azotundan istifadə olunur. Belə ki, 3000-35000C istilik verən elektron boşalmasından hava üfürdükdə havada olan azotun bir hissəsi oksigenlə reaksiyaya girərək NO əmələ gətirir. Onu da soyutduqda NO2-yə qədər oksidləşir.Yüksək temperaturda NO oksigenlə reaksiyaya daxil olmur. Əmələ gələn NO2 suda həll olur, bu zaman nitrat turşusu əmələ gəlir və NO ayrılır.

Əgər NO2-nin suda udulması oksigenin iştirakı ilə gedərsə, onda NO2-nin hamısı HNO3-ə çevrilər.

N2 + O2 → 2NO

2NO + O2 → 2NO2

4NO2 + O2 + 2H2O→4HNO3

Bu üsulla alınan nitrat turşusu duru olur və yüksək miqdarda elektrik enerjisi sərf etdiyi üçün geniş tətbiq olunmur.

- Ammonyak üsulu aşağıdakı reaksiyalara əsaslanır.

1)ammonyakın platin katalizatorunun iştirakı ilə NO-ya oksidləşməsi:

       4NH3 + 5O2 →,4NO + 6H2O

2)azot-2-oksidin NO2-yə oksidləşməsi:

2NO + O2 → 2NO2

3)azot-4-oksidin su ilə adsorbsiyası:

3NO2 + H2O → 2HNO3 + NO

4NO2 + O2 + 2H2O → 4HNO3

Hər hansı bir konkret sxemdən asılı olmayaraq duru nitrat turşusu istehsalının prinsipial sxemi özündə 6 əsas əməliyyatı cəmləyir. Qarışıqlardan təmizlənmiş ammonyak və hava qarışdırılır və ammonyakın oksidləşmə mərhələsinə göndərilir. Reaksiyanın istiliyi hesabına qızmış qaz qarışığı (nitroz qazları) texnoloji buxarın əmələ gəlməsi ilə utilizasiya qazanında və azot-2-oksidin azot-4-oksidə qismən oksidləşməsinin baş verdiyi soyuducuda soyudulur. Onun sonrakı oksidləşməsi azot-4-oksidin su ilə absorbsiyası prosesində nitrat turşusunun əmələ gəlməsi ilə eyni vaxtda həyata keçirilir. Tərkibində azot-4-oksidin qalığı olan və reaksiyaya daxil olmayan ayrılmış qazlar natrium karbonat məhlulu ilə neytrallaşdırılaraq təmizlənir, daha sonra isə atmosferə tullanır.

Məhsuldarlığın aşağı olması, aparatların böyüklüyü, ammonyak itkisi, absorbsiya dərəcəsinin aşağı olması və bahalı təmizləmə qurğularından istifadə olunması zərurəti olduğundan atmosfer təzyiqi altında işləyən qurğular əhəmiyyətini itirmişdir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti

Bizi İzləyin