Texnologiya 2018-06-18

Şəffaf günəş batareyalar yaradıldı

Şəffaf günəş batareyalar yaradıldı

E-mail Üzvlüyü

Miçiqan Universitetinin mühəndisləri görünməyən şüanı (ultrabənövşəyi və infraqırmızı) udaraq onu elektrik enerjisinə çevirən yeni nəsil şəffaf günəş batareyaları yaradıblar. Nəzəri baxımdan texnologiya istənilən şəffaf səthli obyekti, o cümlədən yaşayış evlərinin pəncərələrini və smartfon ekranlarını günəş fotoelektrik elementinə çevirməyə imkan verir.
Alimlərin sözlərinə görə, fotonların "tutulması" texnologiyası ABŞ-da elektrik enerjisinə tələbatı 100 faiz ödəyə və dövlətin mədən yanacağından asılılığını xeyli azalda bilər. Texnologiya ilə təchiz ediləcək ilk kommersiya məhsullarının yaxın illərdə buraxılacağı gözlənilir.

Məlumata görə, sistem insan gözü ilə görünməyən ultrabənövşəyi və infraqırmızı spektrin şüasını udaraq onu səthin kənarlarına yönəltməklə nazik fotoqalvanik günəş elementləri zolaqları vasitəsilə enerjiyə çevirən ultranazik və şəffaf materiala əsaslanır.

Bildirilir ki, hazırda yeni texnologiya binaların damlarında yerləşən günəş panellərindən geri qalmaqla günəş işığının elektrik enerjisinə çevrilmə effektivliyi üzrə göstəricisi 15-18 faiz nisbətində 5 faiz təşkil edir. Bununla belə, tədqiqatçıların sözlərinə görə, şəffaf panellərin məhsuldarlığını üç dəfə artırmaq mümkün olacaq.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
2

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti