Elm və Həyat 2018-01-11

Savant Sindromu

Savant Sindromu

E-mail Üzvlüyü

Çox nadir hallarda rast gəlinən bir psixi pozuntu halıdır. Xəstəliyin əlaməti ümumi inkişafdan geri qalmış insanların bir və ya bir neçə bilik sahələrində xüsusi zəkaya malik olmasıdır. Bu sindrom həm genetik, həm də sonradan qazanılmış ola bilər. Savant sindromlu şəxslər çətinliklə oxuya, yazı yazarkən bir səhifədə yüzlərcə səhv buraxa bilərlər, amma bununla yanaşı, beyinlərində asanlıqla n-rəqəmli ədədləri bir-birinə vura bilirlər.

Savant "bilmək" mənasına gəlir və ilk dəfə 1887-ci ildə J. Langdon Down tərəfindən xüsusi istedadlara sahib insanlar üçün istifadə olunmuşdur.

Savant sindromuna sahib şəxslərin zəka səviyyələri normadan aşağı olmasına rəğmən qeyri-adi istedadlara sahib olurlar. Bu şəxslər əsasən musiqi,incəsənət-rəssamlıq heykəltaraşlıq,hesablama - n-rəqələri ədədlərin bir birinə vurulması bölünməsi toplanma və ya çıxılması kimi bacarıqlara sahib olurlar.

Tom Cruise və Dustin Hoffmanın iştirak etdiyi Rain Man filmi Kim Peek - ottizmli bir savantın həyatı əsasında çəkilmişdir. Kim Peek bacarıqlı idi,eyni zamanda iki səhifəni (hər gözü bir səhifədə) oxuya bilir və yaddaşında saxlayırdı. Ancaq gündəlik işlərini yerinə yetirmək üçün ataslndan asılı yaşayırdı. 2009-cu ildə  54 yaşında ölən Peekin yaddaşında doqquz mindən çox kitab var idi.

Scientific American jurnalında yayımlanan məqalənin yazarlarından Darold Treffert "Kim Pikin hekayəsi bizə insan beyninin dü.ündüyümüzdən daha bacarıqlı olduğu göstərir" açıqlamasını vermişdi.

Savant sindromuna sahib olan insanlar

Daniel Tammet - pi ədədinin 22500 mərtəbəsini deyərək ən uzun pi ədədi söyləyən şəxs olaraq Avropa rekordunu qırdı(5 saata söyləmişdi)."Manti dilini kəşf edən Daniel bir həftəyə bir dil öyrənə bilir. Daniel yaşayan 100 dahi siyahısına daxildir.

Buğra Çankır - Türkiyənin Hatay şəhərində yaşayır. O, İngiltərə Kral Akademiyasının imtahanı tarixində ən yüksək bal yığan ikinci şəxsdir. Cambridge Universitetinə dəvət edilmişdir.

Stephen Wiltshire - 8 yaşından bəri bina eskizləri çəkir. 

Leslie Lemke - doğuşdan kor olsada 14 yaşında bir dəfə dinlədiyi musiqini pianoda ifa etməyə başlamışdı. O gündən sonra Lemke dünyanın hər yerində konsertlər verir, minlərlə parçanı əzbərə bilir.

 


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti