Elm və Həyat 2018-09-03

Qida maddələrinin həzmdə iştirakı

Qida maddələrinin həzmdə iştirakı

E-mail Üzvlüyü

Insanın qidalanması üçün tələb olunan qida məhsullarının demək olar ki, hamısı bitki və heyvan mənşəlidir və onların növləri qidalılıq dəyərləri olduqca  müxtəlifdir. İnsanın qidasının əsas hissəsini taxıl, meyvə, tərəvəz, ət, süd, balıq və yumurta məhsulları təşkil edir. Dünya əhalisinin böyük əksəriyyəti üçün qida məhsulları kimi çörək, düyü və ət böyük əhəmiyyətə malikdirlər.

Qida məhsulları, tərkibindəki qida maddələrinə görə fərqlənirlər. Orqanizm üçün bu maddələrin ayrı-ayrılıqda əhəmiyyəti eyni deyildir. Qida maddələrinə zülallar, karbohidratlar və yağlar aiddir. Bunlar mürəkkəb üzvi birləşmələr olub, bitki və heyvan orqanizmlərində sintez olunurlar. Zülallar amin turşulardan, karbohidratlar bəsit şəkərlərdən (qlükoza, fruktoza və s.), yağlar isə qliserin və yağ turşularından əmələ gəlirlər. Fizioloji mənada qida maddələri kimi məhz amin turşuları, bəsit şəkərlər və yağ turşuları hesab olunurlar. Zülallar, karbohidratlar və yağlar həzm olunduqda bu maddələr əmələ gəlir və onlardan mürəkkəb qida maddələrinin (zülal, karbohidrat, yağ) sintezi üçün orqanizmdə yenidən istifadə edilir. Sözün geniş mənasında qida maddələri dedikdə, buraya zülal, şəkər və yağlardan başqa su, mineral duzlar, vitaminlər kimi maddələri də əlavə etmək olar. Amma yadda saxlamaq lazımdır ki, bu maddələr kalori (enerji) əldə etmək nöqteyi-nəzərdən qida əhəmiyyəti daşımırlar.

İnsan qidasının əsas karbohidrat mənbəyini bitkilər təşkil edirlər. Taxıl (buğda, arpa, düyü, qarğıdalı və s.), kartof və düyü məhsulları karbohidratlarla çox zəngindirlər. Paxlalı bitkilər, bitki zülalları, günəbaxan, zeytun, pambıq və s. bu kimi bitkilər isə bitki yağları ilə zəngindirlər. Heyvanat mənşəli zülallar və yağlar ən müxtəlif heyvan orqanizmlərindən tədarük edilir və mənimsənilirlər. Adları çəkilən və müxtəlif mənşəli qida maddələri tikinti və enerji materialları kimi orqanizm üçün eyni əhəmiyyət daşımırlar. Karbohidrat və yağlar əsasən eneıji mənbəyi, zülallar və yağlar əsasən tikinti materialları kimi əhəmiyyətlidirlər.

İnsan orqanizmi canlı təbiətdən aldığı bitki və ya heyvan mənşəli mürəkkəb üzvi qida maddələrini elə olduğu kimi də mənimsəyib istifadə edə bilmir. Onun hüceyrələri yalnız müxtəlif zülal, karbohidrat və yağların parçalanması nəticəsində hasil olan amin turşuları, sadə şəkərləri və yağ turşularını qəbul edib mənimsəyir, yəni onlardan sinteztikinti, enerji hasili və digər məqsədlər üçün istifadə edirlər. Sintez proseslərində insan orqanizmi bitki və ya heyvan mənşəli maddələrdən özünə xas olan, özü üçün səciyyəvi xarakter kəsb edən yeni zülal, karbohidrat, yağ və digər maddələri istehsal edir. Ona görə də qidalanma zamanı qəbul etdiyi qida məhsullarının tərkibindəki mürəkkəb qida maddələrini həzm proseslərinə (parçalanma, hidroliz) uğradır, alınan son məhsullar (amin turşuları, sadə şəkərlər, yağ turşuları), habelə qidanın tərkibindəki və ya əlavə qəbul edilən su və mineral duzlar isə sorulub hüceyrələrə daxil olurlar. Qida məhsullarından mürəkkəb üzvi maddələrin ayrılmasına və onların orqanizmdə sonrakı parçalanmasına həzm prosesləri deyilir. Qidalanma dedikdə isə buraya qida məhsullarının əldə edilməsi, orqanizm tərəfındən onların qəbul edilməsi, həzmə məruz qalması, son məhsulların sorulması, qan və digər toxuma mayeləri vasitəsilə daşınması və hüceyrələr tərəfındən mənimsənilməsi prosesləri nəzərdə tutulur.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti