loading...

Qeyri-müəyyənlik Prinsipi

Təsəvvür edin ki, çox uzun bir ipin ucunu tutursunuz və ritmik şəkildə yuxarı və aşağı silkələyərək dalğa yaradırsınız. Kimsə sizə "Bu dalğa dəqiq haradadır?" sualını versə yəqin ki, onun sizlə zarafat etdiyini düşünərsiniz; çünki Dalğa dəqiq olaraq bir yerdə deyil . Məsələn 50 metr və ya daha çox yayılmışdır. Digər tərəfdən, əgər o, dalğa uzunluğunun nə olduğunu soruşsa, ona ağlabatan bir cavab verə bilərsiniz: təxminən 6 metr kimi görünür. Bunun əksinə olaraq, ipə qəfil sarsıntı verərsinizsə, cərgədə gedən nisbətən dar bir qabarcıq görəcəyik. Bu zaman birinci sual (Dalğa dəqiq haradadır?) daha normal bir sual, ikinci sual (Dalğa uzunluğu nədir?) isə zarafata oxşayır- çünki dalğa dövri deyil, buna görə dalğa uzunluğunu necə təyin edə bilərsiniz?!

Əlbəttə ki, dalğanın kifayət qədər lokallaşdırılmış və dalğa uzunluğunun kifayət qədər yaxşı müəyyənləşdirildiyi aralıq halları çəkə bilərsiniz, amma burada qaçılmaz bir problem var: bir dalğanın mövqeyi nə qədər dəqiq bilinsə, onun dalğa uzunluğu o qədər qeyri-müəyyən olar, və ya əksinə. Buda o deməkdir ki, əgər biz dalğavari hərəkət edən bir zərrəciyin (məsələn elektron) dəqiq yerini biliriksə onun impulsu (bir növü sürəti) bizim üçün qeyri-müəyyən olur, əgər impulsunu dəqiq biliriksə onun yeri qeyri-müəyyən olur. Bu Heisenbergin məşhur Qeyri-müəyyənlik prinsipidir.

Nanotechnology - Azerbaijan

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.