Qaz-kondensat yataqlarının istismarı

Qaz-kondensat yataqlarının istismarı

E-mail Üzvlüyü

Qaz-kondensat yataqlarının istismarında qarşılıqlı əlaqədar texnoloji əməliyyat — istismar quyularından yağlı qazın çıxarılması, onun emalı və adi qazın laya vurulması dəqiq yerinə yetirilməlidir. Yuxarıda qeyd edilən əməliyyatın hər biri ayrılıqda xüsusi avadanlıq tələb edir.

İstismar quyularının avadanlığı və rejimin tənzim edilməsi qaz yataqlarında olan quyulardakı kimidir. İstismar prosesində təzyiq, temperatur, sərf, xüsusi çəki, qaz və kondensatın tərkibi diqqətli nəzarət altında olur. Quyuda quru qazın təzahürünü aşkar etmək üçün quyunun məhsulu arası kəsilmədən analiz edilməlidir.

Quyu məhsulundan maksimum kondensat almaq üçün trapdakı təzyiq, maksimal kondensləşmə təzyiqinə bərabər olmalıdır. İstismar quyularının maksimum mümkün debiti kollektorun xüsusiyyətini və karbohidrogenlərin əks kondensləşmə şəraitini nəzərə almaqla müəyyən edilir. Bu isə bufer təzyiqi vasitəsilə quyunun iş rejimini tənzim etmək imkanını məhdudlaşdırır. Tənzimləmə həm də kondensatı emal etməkdən ötrü, avadanlığın tam istifadə edilməsini təmin etmək üçün lazımdır.

Quyuda karbohidrogenlərin kondensləşməsi quyudibində maye yığılmasına, məsamələrin tutulmasına, hidravlik təzyiqin çoxalmasına, təzyiq itkisinin artmasına və debitin azalmasına səbəb olur. Bu çətinliklərin qarşısını almaq üçün quyu qazla vaxtaşırı təmizlənməlidir. İnjeksiya quyularının dibinin vaxtaşırı təmizlənməsi çox vacibdir. Quyunun vaxtında təmizlənməsi quyuağzı təzyiqin artmasının qarşısını alır, vurulan qaz həcminin azalmasını təmin edir, qazın əlavə sıxılma xərclərini azaldır, qaz kəmərləri və kompressorlarda baş verə biləcək təhlükələrin qarşısını alır. Təmizləmə qaz və ya su ilə yuma üsulu ilə aparılır.

İnjeksiya quyularında ağız təzyiqinin həddindən artıq artmasının qarşısını qabaqcadan almaq üçün qoruyucu klapanlar və təzyiq tənzimləyicilərindən istifadə edilir. Əgər qazın analizinə əsasən bəzi istismar quyularında quru qaz təzahüru vaxtından əvvəl müəyyənləşdirilərsə, bu quyuların hasilatı məhdudlaşdırılır. Bəzi hallarda isə quru qazın müntəzəm irəliləməsini təmin etmək üçün ayrı-ayrı istismar quyularını saxlayırlar. Əksər istismar quyularında quru qaz təzahür etdikdən sonra dövri proses bitir, layın təbii tükənməsi başlanır, yəni yataq, adi qaz yatağı kimi istismar edilir.

Tükənmə dövründə çıxarılan qazın emalı prosesi ağır karbohidrogen almaq məqsədi ilə dayandırılmır. Lay təzyiqi xeyli aşağı düşdükdən sonra kompressor stansiyasından qazın nəql edilməsi üçün istifadə etmək olar. Tükənmə dövründə istehlakçılara kondensatla birlikdə quru qaz da göndərilir. Yüksək təzyiq altında olan bu qaz təbii enerji hesabına uzaq məsafəyə göndərilə bilər. Qaz çıxarılmasında injeksiya quyularından da istifadə etmək olar. Deməli, tükənmə prosesində qaz hasilatının aşağı düşməsinin qarşısını almaq üçün imkan vardır. Tamamilə tükənmiş qaz-kondensat yatağından təbii qaz rezervuarı kimi istifadə edilə bilər.

Mənbə: Neft və qaz yataqlarının istismarı və işlənməsi(prof. A.X.MİRZƏCANZADƏ)


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə