Fizika 2018-01-29

Qaranlıq enerji

Qaranlıq enerji

E-mail Üzvlüyü

1929-cu ildə astronom Edvin Habl qalaktikaların həm bir-birindən həm də yer kürəsindən uzaqlaşdığını Doppler təsiri adlanan faktla sübut etdi. E.Habl, uzaq qalaktikalardan bizə çatan işığın tezliyini ölçərək bizdən uzaqlaşan qalaktika çoxluqlarının işıq rənginin qırmızıya sürüşdüyünü, yəni bütün qalaktikaların bizdən uzaqlaşdığını müşahidə etdi. Beləliklə şərəfinə verilən Habl qanununu kəşf etdi.

Kainatın genişlənməsi 1929-cu ildə isbat edildikdən sonra, iki ayrı astrofizika qrupu 1998-ci ildə onun hansı sürətlə genişləndiyini ölçdülər(bununla bağlı buradan oxuya bilərsiniz). Gecə səmaya baxdığınız zaman ulduzların indiki hallarını görmə bilməzsiniz. Uzun zaman əvvəl o ulduzlardan çıxan işığı, yəni o ulduzun daha gənc halını, görərsiniz.Milyonlarla il əvvəlki uzaq supernovalardan gələn işığı müşahidə edən bu iki qrup, işığın parlaqlığından yola çıxaraq ulduzların Dünyaya olan uzaqlıqlarını, Doppler təsiri ilə bizdən nə qədər sürətlə uzaqlaşdıqlarını hesabladılar. Sonra da bu ikisini müqayisə edərək Kainatımızın “artan bir sürətlə” genişlədiyi qəbul etdilər.

Elə isə bu uzaqlaşma sürətini verən güc nə idi? Bu gücə ad tapmaq gecikmədi - Qaranlıq Enerji .Təəssüf ki,kainatın böyük bir hissəsini əhatə edən bu qaranlıq enerji haqqında məlumat olduqca azdır.

Mənbə:

https://theconversation.com/explainer-the-doppler-effect-7475

http://www.dummies.com/education/science/physics/the-universes-dark-matter-and-dark-energy/

http://www.elmtehsil.com/elm-ve-heyat/kainatdaki-sirli-enerji/28

http://hubblesite.org/hubble_discoveries/dark_energy/de-fate_of_the_universe.php


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti