Biologiya 2018-08-28

Qanın morfoloji tərkibi

Qanın morfoloji tərkibi

E-mail Üzvlüyü

İnsanın qan dövranı sistemi böyük və kiçik qan dövranı adlanan 2 şöbədən ibarətdir. Qan, orqanizmin maye mühiti olub, böyük və kiçik qan dövranına aid damarlarda aşağıdakı funksiyaları yerinə yetirir: -nəqliyyat rolu (O2 və tullantıları); -daimi (sabit) mühit saxlama rolu; -müdafıə rolu (antitellər və antitoksinlər yaradır); -tənzimedici rolu (hormonların köçürülməsinin köməyi ilə bütün prosesləri tənzim edir).

Qidanın həzm olan son məhsullarının əsas hissəsi qana sorulur. Bundan əlavə, qan orqanizmdə hərəkət etməklə orqan və toxumalara qida maddələrini və oksigeni çatdırır. Qan, həmçinin həyat fəaliyyəti məhsullarının hüeeyrələrdən çıxarılıb ifrazat orqanlarına verilməsini də təmin edir. Qan vasitəsilə, həmçinin orqanizmdə həyat fəaliyyəti proseslərinin hormonal tənzimi də həyata keçirilir. Qanda eyni zamanda orqanizmin bir sıra müdafiə funksiyaları inkişaf edir ki, bunların da köməyi ilə orqanizmdə daxil olan mikrobların məhv olunması təmin edilir. Qanın ən mühüm xüsusiyyətlərindən biri də orqanizmdə olan bütün hüceyrə və toxumaların kimyəvi tərkibi və fıziki-kimyəvi xassələrinin sabit vəziyyətdə saxlanmasında iştirak etməsidir.

Qan - plazmalardan və formalı elementlərdən təşkil olunmuşdur.

Plazma - qanın fibrinogen zülalı ilə birlikdə formalı elementlərinin qanşığı şəklində olan maye hissəsidir. Fibrinogen zülalı ayrıldıqda qan laxtalanır. Qanın qırmızı rəngdə olan aşağı təbəqə hissəsi formalı elementlər adlanır. Onlar qanda 3 cür hüceyrələr: qırmızı qan kürəcikləri (eritrositlər), ağ qan kürəcikləri (leykositlər) və trombositlər (qan lövhəcikləri) şəklində yerləşirlər.

Eritrositlər - nüvəsiz hüceyrələr olub (o, ES-linza şəklindədir) əsas hissəsini su və hemoqlobin maddəsi təşkil edir. Hemoqlobin qələvi xassəli qlobin zülalından və dörd molekul hemdən ibarətdir. Hem isə tərkibinə ikivalentli dəmir (Fe++) daxil olan mürəkkəb üzvi maddədir.

Hemoqlobin oksigen ilə asan birləşərək oksihemoqlobin yaradır. Toxumalardan keçərək hemoqlobin O2-ni verir və CO2-ni qəbul edir və nəticədə yenidən əmələ gəlmiş alqırmızı rəngli hemoqlobin yaradır. 1 mkl qanda 5 mln-a qədər eritrosit olur. Bu miqdar 3 mln-dan az olduqda, orqanizmdə azqanlılıq yaranır.

Eritrositlər - qırmızı sümük iliyində bir neçə mərhələ keçirərək yetişir, qana düşürlər və 128-130 gün yaşayırlar. Sonradan tərkiblərində dəmir ionları (Fe) saxlayırlar. Eritrositlərin 60%-ni su və 40%-ni bərk maddələr təşkil edir.

Leykositlər - parçalanma, bölünmə funksiyasına malik nüvəsi və protoplazması olan zəngin hüceyrələrdir. Onlar amöblər kimi bakteriyalara, mikroblara doğru hərəkət edirlər və mikroorqanizmləri məhv edirlər. Onlar nüvəsinin quruluşuna görə və protoplazmanın dənəvərliyinə görə fərqlənirlər. Leykositlərin sayı 1 mkl qanda 10000-12000 olduqda insan orqanizmində xəstəlik yaranır.

Xərçəng xəstəliyi və ya şüalanma zamanı onların sayı 3000-ə çatır ki, bu da xəstəlikdir. Leykositlər qırmızı sümük iliyində limfa düyünlərində və dalaqda əmələ gəlirlər. Sağlam adamda xörək qəbulundan sonra onlar miqdarca artır və yeyinti leykositozu yaradırlar (xəstəlik). Leykositlər mikroorqanizmlərdən müdafiə funksiyasına malikdirlər.

Qan lövhəcikləri (trombositlər) qanın laxtalanma prosesində iştirak edirlər. Onlar trombokinaza fermentinə malikdirlər. Sağlam insanın 1 mkl qanında 400 minə qədər trombositlər olur. Qanda 58% plazma və 12% formalı elementlər vardır.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti