loading...

Qanın laxtalanması

Orqanizmi qan itirmədən qorumaq üçün laxtalanma prosesinin böyük əhəmiyyəti vardır. Bu prosesin əsasını plazmada olan fibrinogen zülalının fızikikimyəvi dəyişikliyə uğraması təşkil edir. Qanın plazmasında olan fibrinogen zülalı laxtalanaraq sapşəkilli fıbrinlərə çevrilir və yumaq şəklinə düşürlər. Fibrinogen qlobulinlərə aiddir. Fibrinə çevrildikdə, o özünün qlobulyar quruluşunu dəyişir deyə, albuminlərə xas olan həmin sap vəziyyətinə düşür.

Yaradan qan axdıqda trombositlər ayrılır ki, parçalanaraq trombokinaza fermentini əmələ gətirirlər (ayırırlar). Qan plazması fıbrinogen və protrombindən ibarətdir. Onların hər ikisi zülali maddələrə aiddir. Trombokinaza fermenti protrombinə təsir göstərərək trombinə, o isə fıbrinogenə təsir edərək fıbrinə çevirir. Bütövlükdə qanın laxtalanması mürəkkəb prosesdir. Düzgün qidalanmamaq da laxtalanmaya gətirib çıxara bilər. Əgər xörəkdə K vitamini azdırsa, onda qaraciyərdə protrombinlər az əmələ gələcəklər və qan yavaş-yavaş laxtalanacaqdır.

Bax: Qanın morfoloji tərkibi

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.