Kimya 2018-04-03

Polietilen

Polietilen

E-mail Üzvlüyü

Polietilen çox müxtəlif məhsullarda istifadə edilən termoplastik maddədir. Polietilen istehsalı etilenin polimerləşməsi ilə olur və monomer haldakı etilendən alınır. Polietilen yumşaq və elastik, eləcə də sərt və ağır məhsul kimi istehsal edilə bilər. Xarici mühit şərtlərinə və nəmə qarşı davamlılıq, rahatlıq, zərbəyə və şaxtaya dözümlülük, dielektrik xüsusiyyətli olması ilə fərqlənir. Əsasən gündəlik tələbat məhsullarında, qablaşdırmada, borularda, oyuncaqlarda istifadə olunur.

Polietilen səmərəli xammaldır. İl ərzində qlobal polietilen istehsalı üçün ümumi xam neft və təbii qazın bir faizdən də az hissəsi istifadə olunur. Termoplastik material olduğu üçün, dəfələrlə təkrar istehsal üçün yararlıdır. Məsələn, zibil qabları təkrar istehsal olunmuş polietilendən istehsal olunur. Əgər istifadə edilmiş polietilen təkrar istehsal üçün yararsız olarsa, yüksək keyfiyyətli yanacağa çevrilir.

Polietilenin əsas istifadə sahələri:

1. Polietilen film (qablaşdırma, bubble, skoç)

2. Tara

3. Polimer borular (kanalizasiya, drenaj, su və qaz təchizatı üçün)

4. İzoləedici materiallar  Polietilen toz (termoyapışqan kimi istifadə olunur)

5. Hərbi zireh

6. Plastik qutular

7. Mətbəx əşyaları

8. Uşaq oyuncaqları

Plastik texnologiyasının sürətli inkişafı xammal istehsalı sahəsində də mühüm dəyişikliklərə səbəb olmuşdur. Ümumiyyətlə, polietilen istehsalının iki üsulu vardır: yüksək təzyiq altında aşağı sıxlıqlı, aşağı təzyiq altında orta və yüksək sıxlıqlı polietilen əldə edilir.

Monomer etilen C2H4 formulundan ibarət karbohidrogendir, hansı ki, bir-birinə bağlı bir cüt (CH2 =CH2) metilen qrupları kimi hesab edilə bilər. Etilen adətən neft-kimya mənbələrdən istehsal olunur, eyni zamanda etanolun dehidratasiyası (susuzlaşdırma) nəticəsində yaradılır. Etilenin kifayət qədər sabit molekulları var və yalnız katalizatorların təsirilə polimerləşir və polietilen yaranır. Polietilen istehsalı 2-5 mm qranullar şəklində olur və etilenin polimerləşməsi ilə əldə edilir.

Polietilenin ixtiraçısı alman mühəndis Hans Von Pechmann hesab edilir. O, 1899- cu ildə diazometan araşdırması zamanı təsadüfən polietileni kəşf etdi. Ancaq bu kəşf çox yayılmadı. Polietilenin “ikinci həyat”ı mühəndislər Eric Fawcett və Reginald Gibson sayəsində 1933-cu ildə başladı. İlk sənaye üsullu polietilen sintezi (diazometan qeyri-sabit maddə idi) Eric Fawcett və Reginald Gibson tərəfindən 1933-cü ildə Britaniyanın Norviç şəhərindəki İmperial Kimya Sənayesində (Imperial Chemical Industries) əldə edilmişdir. Onlar çox yüksək təzyiq (bir neçə yüz atmosfer) tətbiq etməklə, etilen və benzaldehid qarışığından polietilen əldə edirdilər.

Eskperimentlərin təkmilləşdirilməsindən sonra Perrin və Patton 1936-cı ildə aşağı sıxlıqlı polietilen (LDPE) üçün patent aldılar və sənaye istehsalına 1938-ci ildə başlanıldı.

Polietilen istehsalında dönüş katalizatorların təsiri ilə daha aşağı temperatur və təzyiq şəraitində istehsal oldu. Yüksək sıxlıqlı polietilenin əldə edilməsi üzrə eksperimentlərə 1920-ci illərdə alman kimyaçı Karl Zigler başlamışdır. 1954-cü ildə isə patent əldə etmişdir.

İlk dövrlərdə polietilen yalnız telefon kabellərinin istehsalında istifadə edilirdi. Yalnız 1950-ci illərdən qablaşdırma vasitəsi kimi qida sənayesində istifadə edilməyə başlanmışdır.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti