Biologiya 2019-01-06

Peyvənd qoruyurmu?

Peyvənd qoruyurmu?

E-mail Üzvlüyü

Qripə yoluxmamaq üçün hər il istifadə olunan peyvəndlər bütün həyatımız boyunca bizi qoruyacaq qədər güclü hazırlana bilərmi? 
Xəstəliklərdən qorunmağın bir əsas yolu var. Hər il vurduğumuz bir neçə peyvəndlə bədənimizi qripə qarşı daha dözümlü edə bilərik. Qrip epidemiyası həqiqətən də sürətli formada dəyişir. Təkamülün təsdiqi kimi hər il keçirdiyi kiçik mutasiyalar səbəbilə elm adamlarını yuxuda belə rahat qoymayan qrip növləri hər il yeni peyvəndlərin yaranmasına səbəb olur. Bunun necə baş verdiyini aşağıdakılarla izah edək. 
Məsələn, həm quş, həm də donuz qripi eyni anda bir insana və ya heyvana yoluxdurulsa daha əvvəl mövcud olmayan yeni qrip epidemiyası yarana bilər. Məsələn, niyə də növbəti qrip it qripi olmasın? 
Bədənimizə hər gün saya bilməyəcəyimiz qədər virus daxil olur. Bəs niyə məhz qrip ən tez-tez rast gəldiyimiz xəstəlikdir? Çünki qriplər immunitet sistemimizin diqqətini yayındırır. Hemagglutin adı verilən proteinlə örtülü qrip virusları havadakı hüceyrələrə yapışaraq onlarla əlaqəyə girə bilir. 
 
Yuxarıda yazdığımız səbəblər hər il peyvənd etdirməyimizin səbəbi ola bilər. Araşdırmaçılar hər il növbəti illərdə yaranacağına inandıqları qrip viruslarına qarşı peyvəndlər hazırlayırlar. Bu peyvəndlərin məqsədinə çatması isə o qədər də asan görünmür. Çünki gün ötdükcə peyvəndlərdən istifadə azalır. 

Bütün qriplərə qarşı peyvənd yaratmaq mümkündürmü?

Qeyd edmək lazımdır ki, buna nail olmaq çox çətindir. İlk öncə qripin çıxış nöqtəsini tapmaq lazımdır. Heç mutasiya keçirmədiyi dövrlərdə qrip epidemiyasının köklərini tapa bilsək və onları doğru formada dəyişdirsək bu epidemiyaya qarşı immunitet qazana bilərik. Amma əlbəttə ki, bu düşündüldüyü qədər asan deyil. Hər bir halda viruslar da mükəmməl formada öyrənilməlidir.

Elm Azərbaycan


Digər Məqalələr

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti