Biologiya 2019-03-01

Peroksisomlar

Peroksisomlar

E-mail Üzvlüyü

Peroksisomlar-xaricdən tək qatlı membranla əhatə olunmuş, diametri 0,3-1,5 mkm olan vakuollaşmış törəmələrdir. Peroksisomlar lizosomları xatırladan orqanoidlərdir, lakin 15-ə qədər endogen peroksidlərin parçalanması üçün lazım olan fermentləri peroksidaza, katalaza və s. daşıyır. Elektron mikroskopunda sferik və ellipsvari möhkəm əsası olan qovuqcuqlar şəklində görünür. Saya endoplazmatik şəbəkədən qovuqcuq şəklində ayrılaraq yaranır. Sonradan bu qovuqcuqlara ayrıca sitozolda və yaxud endroplazmatik şəbəkədə sintez olunan fermentlər miqrasiya edir. Mərkəzində özək və ya nukleoid yerləşir. Özək yerləşən hissədə xüsusən qaraciyər hüceyrələrinin perioksisomlarında, fibril və qovuqcuqlardan ibarət kristalvari strukturlar görünür. Peroksisomlar ibtidai orqanizmlərdə (amyöbalarda, maya göbələklərində) ali bitkilərdə onların embrional toxumalarında (endosperm) və yaşıl hissələrində həm də adi onurğalı heyvanların qaraciyər və böyrək hüceyrələrində təsadüf edilir. Məsələn, siçovulların qaraciyər hüceyrələrində peroksisomların sayı 70-100 arasında dəyişir.

Çox vaxt peroksisomlar endoplazmatik şəbəkənin membranı ilə sıx birləşmiş şəkildə olur. Amma yaşıl bitkilərdə isə peroksisomlar mitoxondri və plastidlərlə sıx əlaqədə olur.

İlk dəfə peroksisomlar qaraciyər və böyrək hüceyrələrindən alınmışdır. Peroksisom fraksiyalarında hidrogen-peroksidin metobalizmi ilə əlaqədər olan fermentlər alınmışdır. Bu fermentlər (oksidaza,uratoksidaza, oksidaza – d aminturşusu) amin turşularını oksidləşdirib dezaminləşdirəcək fermentlərə aiddir, onların fəaliyyəti nəticəsində hidrogen peroksid və katalaza əmələ gəlir, katalaza sonradan hidrogen peroksidi parçalayır. Qaraciyər hüceyrələrinin peroksisomlarında katalazanın miqdarı matriksdə yerləşən bütün zülalların 40%-ə çatır. Peroksisomların funksiyası:

1. Mitoxondrilərlə bərabər oksigen sərf edən orqonoidlərə aiddir. Nəticədə güclü oksidləşdirici olan hidrogen-peroksid yaranır;

2. Katalaza fermentinin köməyi ilə peroksidin artığını parçalayır və nəticədə hüceyrəni ölümdən qurtarır;

3. Peroksisomların özlərində sintez olunan peroksidlər vasitəsilə ekzogen mənşəli toksik maddələri parçalayır (detoksikasiya). Belə funksiyaları qaraciyər və böyrək hüceyrələri yerinə yetirir;

4. Hüceyrənin metobalizmində iştirak edir: peroksisomların fermentləri yağ turşularının parçalanmasını kataliz edir, amin turşularının və digər maddələrinin mübadiləsində iştirak edirlər.

Peroksisom xəstəlikləri adlanan patalogiyalar mövcuddur, bunlar peroksisom fermentlərinin deffektləri ilə xarakterizə olunur. Uşaqlıq dövründə ölümlə nəticələnir.

Sferosomlar – birqatlı membranla örtülən və bitki hüceyrələrində rast gəlinən bu kiçik vakuollar yüksək işıq sındırma əmsalına malik olduğu içün işıq mikroskoplarında asanlıqla müşahidə olunurlar. Sferosomlar endoplazmatik şəbəkənin elementlərindən formalaşırlar.

Onların böyüməsi və tərkibinin yenidən qurulması onlarda yağların toplanması ilə bağlıdır. Sonradan isə tədricən sferosomlar yağ qatlarına çevrilirlər. Bütün tədqiq edilən sferosomların tərkibində yağlardan başqa zülallar və lipaza fermenti müşahidə edilmişdir.

 

Mənbə: Ümumi Sitologiya(F.Əmirova, M. Hüseynov səh.156-158)

Bax:

Sitologiya

Lizosomlar

 


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti