Biologiya 2019-09-09

Partenogenez

Partenogenez

E-mail Üzvlüyü

Bəzi kərtənkələ növlərinin erkəkləri olmur və balalar mayalanmamış yumurtadan doğulur. Çoxalmanın bu növü partenogenez adlanır. İlk dəfə İsveç təbiətşünası Ş. Bonne (1720- 1793) tərəfindən elmə açıqlanmış bu hal həşərat (mənənə, arı), xərçəngkimilər, rotatorilər və ibtidailər arasında yayılmışdır. Bir sıra kərtənkələlər var ki, dişilərinin sayı erkəkləri üstələyir və bu halda partenogenez cinsi çoxalma ilə növbələnir.

Yarımbarmaq gekkonlar (Hemidactylus garnotii) da partenogenetik çoxalma ilə xarakterizə olunur və müəyyən yaşama sahələrində, məsələn Hindistanda yalnız dişi fərdlərlə təmsil olunur.

Cnemidophorus cinsindən (Teiidae fəs.) olan Şimali Amerika kərtənkələ növlərinin bəziləri erkəklərin iştirakı olmadan çoxalır. Bu hal müxtəlif qayalıq kərtənkələlərində də müəyyən edilmişdir. Azərbaycanda yayılan 2 növ kərtənkələ həmin qəbildəndir: Rostəmbəyov kərtənkələsi və Ermənistan qayalıq kərtənkələsi.

İlk dəfə bu və digər qayalıq kərtənkələlərində partenogenetik çoxalma l.S.Darevskiy (1967) tərəfindən aşkarlanmışdır. Tədqiqatlar bu növlərdə meristik və bəzi bioloji əlamətlərin ümumi qanunauyğunluqlara tabe olduğunu müəyyən etmişdir. Belə ki, hündürlükdən asılı olaraq dişilərin bədən uzunluğu və qoyulan yumurtaların sayı dəyişir. Məsələn, yüksək dağlıq ərazili Kəlbəcər rayonundan olan dişilər Gədəbəydən olan dişilərdən həm uzunluğuna, həm yumurtalarının sayma görə üstündür. Birincilər həm də yumurtalarının erkən yetişməsi ilə xarakterizə olunur.

Kərtənkələlərdə partenogenez adətən periferik populyasiyalarda, yəni arealın sərhədində müşahidə olunur. Belə halda dişilərdən ibarət eynicinsli populyasiyamn varlığı əlverişli üstünlüyə gətirməklə, məhdud yem ehtiyatının daha effektiv, yalnız bala verən fərdlərə sərf olunmasına imkan verir.


Digər Məqalələr

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
3

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Tövsiyə