Texnologiya 2017-10-27

Neom Layihəsi : Robotlar Şəhəri

Neom Layihəsi : Robotlar Şəhəri

E-mail Üzvlüyü

Səudiyyə krallığının son iki ildə tətbiq etməyə başladığı böyük layihələri və gələcəyə yatırımlarını izləyən hər kəs Səudiyyə Ərəbistanındakı möhtəşəm və pozitif dəyişikliyin həcmini qavramışdır. İki ildə tətbiq edilməyə başlayan layihələrdən Qırmızı Dəniz layihəsi, Al Ghedia layihəsini, Səudiyyə Ərəbistan Hərbi Sənaye şirkəti layohəsini göstərmək olar. Son olaraq dünən kral vəliəhdi Məhəmməd Bin Salman üç ölkəni əhatə edəcək 500 milyard dollarlıq Neom layihəsini təqdim etdi. Verdiyi açıqlamada üç ölkəni əhatə edəcək layihənin həyata keçməsi üçün artıq dünyanın öndə gedən şirkətləri ilə danışıqların başladığını vurğuladı.İnsan cəmiyyətini ən üst səviyyəyə gətirməyi hədəflədiklərini deyən vəliəhd "bütün dinlərə və dünyaya açıq olan islam ölkəsinə çevrilirik" deyib.

Neom layihəsi Misir Səudiyyə Ərəbistanı və İordaniyanın əhatə edəcək ərazinin sahəsi 26 min 500 kvadrat kilometr olacağı planlaşdırılır. Vəliəhd şəhərin ilk robot şəhəri olacağını da qeyd edib. Beləki layihədə hər şeyin texnolojik tətbiqlərlə  insanların həyatını asanlaşdırılması nəzərdə tutulur.

Onu da qeyd edək ki,dünən dünyada ilk dəfə olaraq süni intellektlə işləyən robota vətəndaşlıq verilib. Süni intellektlə işləyən Sofiya dünən ilk vətəndaşlıq alan robot olub. Bəs sizcə Sofiyaya vətəndaşlığı hansı ölkə verib? Əlbəttə ki Səudiyyə Ərəbistan.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti