Kimya 2018-09-07

Neft və qaz üçün kollektor olan süxurlar

Neft və qaz üçün kollektor olan süxurlar

E-mail Üzvlüyü

Neftin və qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki (süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü kimi, neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir.

Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Neft və qaz yataqları əsasən çökmə süxurlarla əlaqədar olduğundan, bu süxurlar haqqında bir qədər ətraflı məlumat verək. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir.

Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpıntılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür. Yüz min və milyon illər keçdikcə dənizdə bir neçə on və yüz metrlərlə qalınlığı olan çöküntülər əmələ gəlir. Bu çöküntülər bərkidikdən sonra çökmə süxurlar yaranır. Çökmə süxurlar sırasına qum, qumdaşı, əhəngdaşı, dolomit, mergel, gil və s. süxurlar daxildir.

Çökmə süxurlar ilk dəfə su hövzlərinin (dənizlərin və s.) dibində əsasən üfüqi vəziyyətdə yatmış laylar əmələ gətirir. Istər çöküntülərin əmələ gəlməsi vaxtı, istərsə də sonra Yer qabığında baş verən gərginlik (tektonik proseslər) nəticəsində laylar üfüqi vəziyyətdən çıxıb, müxtəlif yatım formaları əmələ gətirir.

Dənizin dibi uzun geoloji dövrlər ərzində çökərsə, əmələ gəlmiş süxurlar bir neçə kilometr dərinliyə qədər gömülə bilər. Dəniz dibində əmələ gələn bu çökmə süxurlar böyük dərinliklərə daxil olduqda sıxlaşıb, yüksək temperatura məruz qalır. Bunun nəticəsində çökmə süxurlar öz tərkiblərini və quruluşlarını dəyişir. Uzun geoloji vaxt keçdikdən sonra temperaturun və təzyiqin təsirindən çökmə süxurlardan tamamilə yeni tipli süxur-metamorfik(Metamorfos – latınca dəyişmə deməkdir) süxur əmələ gəlir. Metamorfik süxurlar maqmatik süxurlardan da yarana bilər. Böyük Qafqaz dağlarının mərkəzi hissəsində intişar edən kristallik şistlər metamorfik süxurlara misal ola bilər.

Maqmatik (püskürmə) süxurlar yerin dərinliklərində yerləşən maqma adlı mürəkkəb kimyəvi odlu kütlənin ocağından ayrılıb soyuması nəticəsində əmələ gəlir. Yer səthinə çıxmayıb Yer qabığının içərisində soyuyan maqma intruziv süxurlar əmələ gətirir. Maqmanın Yer səthinə çıxıb, atmosfer və ya hidrosfer altında soyuması nəticəsində effuziv süxurlar əmələ gəlir. Təbiətdə rast gələn neft yataqları əsas etibarilə çökmə mənşəli süxurlarla əlaqədardır. Məsələn, SSRİ-də (Azərbaycan, Dağıstan, Şimali Qafqazda), ABŞ-da və digər ölkələrin bir çox rayonlarında rast gələn zəngin neft yataqları çökmə mənşəli olan qum və qumdaşılarla əlaqədardır. “İkinci Bakı” adı ilə şöhrət tapmış və Ural sıra dağları ilə Volqa çayı arasında yerləşən zəngin neft-qaz yataqları əsas etibarilə çökmə mənşəli, əhəngdaşı, dolomit adlanan süxurlarla əlaqədardır. Yaxın və Orta Şərq ölkələrində (İran, Küveyt, İraq, İordaniya və s-də) rast gələn bir sıra zəngin neft yataqları da əhəngdaşı və dolomitlərlə əlaqədardır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ, Kanada, Meksika və başqa ölkələrdə nadir hallarda, bəzi cüzi neft yığımları maqmatik və metamorfik süxurlarla əlaqədardır. Məsələ ondadır ki, maqmatik və metamorfik süxurlar aşınmaya (pozulmaya), tektonik gərginliyə və s. məruz qaldıqda, onlarda çatlar əmələ gəlir. Qonşuluqda yerləşən çökmə süxurlardakı neft bu süxurların çatlarına və məsamələrinə toplaşıb, kiçik miqyaslı neft yataqları yaradır. Beləliklə, neft və qaz, əsas etibarilə, çökmə süxurların-qumların, qumdaşıların, əһəngdaşıların, dolomitlərin məsamə və çatlarında toplanaraq yataqlar əmələ gətirir. Onu qeyd etmək lazımdır ki, aparılan tədqiqat nəticəsində һər bir çökmə və məsaməli süxurda neftin toplana bilməyəcəyi müəyyən edilmişdir. Belə ki, bütün çökmə süxurlar məsaməli olmalarına baxmayaraq, onların һamısında neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurlarının məsaməlilik əmsalı bəzən qum süxurlarındakından çox olub, 40-50%-ə çatır. Gillərdə məsaməliliyin kifayət qədər çox olmasına baxmayaraq, onlar neftin yığılıb, yataq əmələ gətirməsi üçün münasib süxur һesab edilmir. Bunun səbəbi gil süxurlarındakı məsamələrin bir-birilə birləşib, neftin һərəkət etməsi üçün əlverişli kanallar əmələ gətirməməsindədir. Gil süxurlarında yaranan kanallar o qədər dar olur ki, bu kanalların içərisində neft һərəkət edə bilmir. Qum, qumdaşı, əһəngdaşı və digər süxurlarda isə kanalları əmələ gətirən dənələr arasında yerləşən boşluqlardan bir-birinə yol vardır. Bu boşluqlar bir-birinə birləşib, neftin keçməsi (һərəkəti) üçün imkan yaradır. Daxilində neft və qaz toplana bilən və yatağın istismarına başlandığı zaman һəmin nefti özündən buraxa bilən hər һansı bir süxura kollektor deyilir. Neft və qaz kollektor süxurların məsamələrinə toplanaraq yığımlar əmələ gətirir. Onu da qeyd etmək lazımdır ki, neftin toplanıb yığımlar yaratması üçün əlverişli olmayan bəzi süxurlar, qazın yataqlar əmələ gətirməsi üçün münasib olur. Məsələn, incə təbəqəli gilli süxurlar (şistlər) neftin deyil, yalnız qazın toplanıb yataqlar əmələ gətirməsi üçün əlverişli һesab edilir.

"Neft və qaz yataqlarının istismarı və işlənməsi" kitabından


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
3

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev
5

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti