loading...

Nanoölçülü strukturların istehsalı

Nanoölçülü strukturların və ya cihazların istehsalına ya yuxarıdan-aşağı (top-down), ya da aşağıdan yuxarıya (bottom-up) yolu ilə nail olmaq olar. Aşağıdan yuxarıya yolları, daha kiçik birləşmələrdən daha mürəkkəb nanoölçülü komponentlər əldə etməyə çalışır, yuxarıdan aşağıya üsulunda isə, daha böyük birləşmələr kiçildilərək nanoölçülü quruluşlar əldə edilir.
Yuxarıdan aşağıya yanaşma, tez-tez ənənəvi fabrik və ya mikrofabrik metodlarından istifadə edir ki, burda materialları istədiyiniz forma və qaydada kəsmək, üyütmək və düzəltmək üçün xarici idarə olunan vasitələrdən istifadə olunur. Fotolitoqrafiya və inkjet çap kimi mikronaxışlama (mikropatterning) üsulları bu kateqoriyaya aiddir.
Aşağıdan yuxarıya yanaşma, əksinə tək molekulların kimyəvi xüsusiyyətlərindən istifadə edərək tək molekul komponentlərinin meydana gəlməsinə səbəb olur: bu müəyyən şərtlər altında molekulların bir-birini tanıyaraq bəzi faydalı bir quruluşa öz-özünə çevrilə bildiyinə əsaslanır. Aşağıdan yuxarıya yanaşması yuxardan aşağıya üsulundan daha ucuz başa gəlir, lakin, istənilən məhsulun mürəkkəbliyi artdıqca aşağıdan yuxarı üsulundan istifadə etmək çətinləşir.

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.