Nanometr nə qədər kiçikdir?

Nanometr nə qədər kiçikdir?

"Nano" ön şəkilçisi qədim Yunan dilindən "Nanos" sözündən götürülüb, "cırtdan" mənasını verir. Bu gün "nano", “milyardda bir” (10-9) mənasını verən bir ön şəkilçi kimi istifadə olunur. "Metr" ölçü vahidi ilə birləşərək "nanometr" ifadəsini əmələ gətirir ki, bu da metrin milyarddan birinə bərabər olan ölçü vahidini göstərir. Bunu nəzərə alaraq Nanotexnologiya, 1 ilə 100 nanometr arasında dəyişən miqyasda aparılan işlər olaraq ifadə ediləbilər.

Nanotexnologiya ideyası və anlayışı 1959-cu ildə Kaliforniya Texnologiya İnstitutunda (CalTech) Amerika Fizika Cəmiyyətinin iclasında fizik Riçard Feynmanın  “There’s Plenty of Room at the Bottom” (Aşağıda çox yer var) adlı bir söhbəti ilə başladı.Çıxışında Feynman, alimlərin fərdi atom və molekulları manipulyasiya və idarə edə biləcəkləri bir prosesi təsvir etdir.

Təxminən on ildən sonra, professor Norio Taniguchi, son dərəcə dəqiq emal proseslərini araşdırarkən, ilk dəfə olaraq nanotexnologiya termini istifadə etmişdir. Ancaq müasir nanotexnologiyalar dövrü yalnız 1981-ci ildə, fərdi atomları "görə bilən" Darama tunel mikroskopunun (scanning tunneling microscope)  istifadəyə verildiyi zaman başladı.

Nanometrin uzunluq miqyasını təsəvvür edə bilmək üçün gündəlik həyatda istifadə olunan vahidləri və ya ölçüləri araşdıra bilərik. Bir metrlik çubuğu 100 bərabər hissəyə kəssək, hər parça bir santimetr ölçüsündə olardı. Bu, bir sərçə barmağın və ya bir qəndin ölçüsünə bərabərdir.

Santimetri on bərabər hissəyə ayırsaq, hər parça bir millimetr olar. Bir bir qəpik təxminən 1,5 mm qalınlığında və  qum dənələri 0,1 mm-dən 2 mm-ə qədər ölçülərdə olur. Bir millimetr qədər kiçik cisimlər çılpaq gözlə görünə bilər, ancaq obyekt ölçüləri bir millimetrin altına düşdükdə onları ayırd etmək çətin olur.

Bir millimetri min bərabər hissəyə ayırsaq, hər parçanın uzunluğu bir mikrometr olardı. Başqa sözlə, bir mikrometr metrin milyondan birinə bərabərdir. Bir saçın diametri təxminən əlli-altmış mikrometrə bərabərdir. Qırmızı qan hüceyrələrinin diametri altı ilə on mikrometr aralığındadır. Bir çox bakteriya tipi beş-iyirmi mikrometr ölçülərində olur. Bu miqyasda olan şeylər ümumiyyətlə gözlərimizlə görünə bilməz, əksinə böyüdücü şüşə və ya işıq mikroskopu ilə görüntülənə bilər.

Bir mikrometri min bərabər hissəyə kəssək, hər parça bir nanometr uzunluğunda olacaqdı. Başqa sözlə, bir nanometr metrin milyarddan birinə bərabərdir. Cismlər bu miqyasda kiçik olduqda, onları gözlərimizlə və ya işıq mikroskopu ilə görə bilmirik. Bu kiçik cismləri görüntüləmək üçün xüsusi avadanlıq tələb olunur. Nanometr miqyasında olan şeylərə viruslar (30-50 nm), DNT (2 nm), və karbon nanotube-lar (diametri ~ 1 nm) və s. daxildir. Atomlar bir nanometrdən daha kiçikdir. Bir atom element növündən asılı olaraq ~ 0.1-0.3 nm ölçülərində olur.

Nano ölçünü daha yaxşı başa düşmək üçün günlük həyatımızda qarşımıza çıxan bəzi cismləri nanometrlə ölçək:

  • 1 m = 1000000000 nm;     

  • 1 inch 25.4 milyon nm-ə bərabərdir;

  • İnsan saçının diametri 50000-100000 nanometr aralığındadır;

  • Bir vərəqin qalınlığı 100000 nanometrdir;

  • Dırnağımız hər saniyədə 1 nanometr uzanır.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə