loading...

Nanohissəciklərin kimyəvi üsulla sintezi

Kimyəvi reduksiya - ən geniş yayılmış kimyəvi reduksiya üsulu metalların monodispers nanohissəciklərin maye fazada, sulu və qeyri sulu mühitdə nanohissəciklərin sintezində istifadə olunur. Metal birləşmələri kimi adətən onların duzlarından, reduksiyaedici kimi alümohidridlərdən, bor hidridlərdən, hidrofosfitlərdən, formaldehidlərdən, çaxır turşusundan istifadə edilir. Bu üsulun geniş istifadəsi onun sadə və əlverişli olması ilə əlaqədardır. Bu üsul ilə gümüşün ölçüsünü 3,3 - 4,8 nm, platinin 1 - 2 nm, kobaltın 2-4 nm və başqa metalların nanohissəciklərini almaq olur.

Misal üçün qızıl nanohissəciyin sintezini göstərmək olar. Bunun üçün üç məhlul hazırlanılır:

a) qızıl hidrogen xlorid turşusunun HAuCl4 suda;

b) suda natrium korbanatın;

c) dietil efirdə natrium hidrosulfatı.

Sonradan bu üç məhlul 1 saat müddətində 700C temperaturaya qədər qızdırılır və nəticədə diametri 2-5 nm qızıl hissəciyi alınır. Bu metodun çatışmayan cəhəti kolloid sistemdə alınmış qızıl nanohissəcikdə böyük miqdarda qatışıqların olması və onların azalması üçün reduksiyaedici kimi hidrogendən istifadə olunmasıdır.

Kimyəvi reduksiya çox faktorlu prosesdir. Bu proses oksidləşdirici-reduksiyaedici cütün seçilməsi və onların qatılığından asılıdır. Metal ionlarını reduksiya etmək üçün adətən çox vaxt qələvi metalların tetrahidroboratından (MBH4), hansı ki, turşu, neytral və qələvi su mühitində reduksiya olunurlar. Keçid və ağır metal kationlarını qələvi metalların hidroboratı ilə reduksiya edirlər.

Geniş tətbiq olunan nanohissəciklərin alınması üçün üzvi həlledicilərdən geniş istifadə edilir. Onlar stabilləşdirici funksiyasını yerinə yetirirlər. Belə həlledicilər nanohissəciklərin sintezində böyük əhəmiyyətə malik olurlar. Onlar iriləşən kristalların səthininin əlaqələndirilməsini, məhlulda hissəcik atomları ilə kompleks əmələ gətirməsini, reaksiyaya girmə qabiliyyətinə nəzarət edirlər və formalaşan hissəciklərin səthə diffuziyasını tənzim edirlər.

Bu göstərilən proseslər temperaturdan, nanokristalın səth enerjisindən, məhlulda temperaturdan, nanohissəciklərin qatılığından, ölçülərindən, səthdə və həcmdə olan hissəciklərin nisbətindən asılı olur.

 

Bax: Nanohissəciklərin Sintezi

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.