loading...

Nanohissəciklərin fotokimyəvi sintezi

Nanohissəciklərin fotokimyəvi sintezi yüksək aktiv reduksiyaedici elektronlar, radikallar və həyacanlanmış hissəciklərin yaranması ilə əlaqədardır. Bu metodla da yüksək təmizlikli nanohissəcik almaqla yanaşı prosesi bərk mühitdə və aşağı temperaturda aparmaq olur. Məhlullardan fotokimyəvi reduksiya ilə nəcib metal hissəciklərinin alınmasında istifadə edilir. Buna oxşar hissəciklərin müvafiq duzlarının alınmasında mühit kimi onların sulu məhlulundan, spirtdən və üzvi həlledicilərdən istifadə edilir.

Bu mühitdə işıq təsirindən aktiv hissəciklər alınır.

H2O --> e- + H + OH

Spirtlə əlaqələnərək hidrogen atomu və hidroksil spirt radikalı əmələ gətirir. 

H(OH)+(CH3)2CHOH -> H2O(H2) + (CH3)2COH

Solvatlaşmış elektron (həlledici molekullardan dipol momenti ilə əhatə olunmuş elektron) əlaqələnir, məsələn, gümüşün ionu ilə əlaqələnir və onu metala qədər reduksiya edir.

Ag+ + e- -> Ag0

İşığın təsirindən fotoreduksiya nəticəsində müəyyən ölçüdə nanohissəciklərin alınma prosesindən başqa iri aqreqatların formalaşması da olur. Aqreqasiya mexanizmi işıq təsirindən yaranan yükün müxtəlif işarəli olması ilə əlaqədardır.

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.