loading...

Naməlum Filedelfiya tərcübəsi

1943-cü ildə Amerikada gəminin qəfil itməsi və eyni anda başqa bir limanda görünməsi haqda şayiələr gəzməyə başladıqdan sonra ABŞ hökuməti bunu təkzib etdi və hər şeyi uydurma adlandırsa da şahidlər gördüklərində israr edirdilər. 

ABŞ Hərbi Dəniz Qüvvələri 1943-cü ilin 28 oktyabrında məxfi sınaq keçirib. Bu sınağın mahiyyəti ondan ibarət idi ki, gəminin ətrafında güclü elektromaqnit sahənin yaradılması nəticəsində radardan yayınmaq mümkün olur. “Filadelfiya sınağı” adı ilə məşhurlaşan məxfi sınağın şərti adı “Göy qurşağı” idi. Alimlər “Eldridj” adlı gəminin ətrafında elektromaqnit qasırğası yaradaraq, onu görünməz etdilər. Sınağı müşahidə etmiş şahidlər danışırlar ki, gəminin ətrafında güclü işıqlanma oldu və ətrafa yaşıl duman yayıldı. Hamını dəhşətə gətirən şey gəminin qəfil yoxa çıxması və Filadelfiyadan 320 kilometr məsafədə yerləşən Norfolk limanında görünməsi oldu. Gəmi təkcə düşmən radarına görünməz olmurdu, həm də xəritədə başqa yerdə görünürdü.

Sınaq zamanı gəmidə olan 181 nəfərdən yalnız 21-i sağ qaldı. 13 matros şüalanmanın nəticəsində ölmüşdü, digərləri isə yoxa çıxmışdı. Sağ qalanlar güclü stress keçirmişdi. Onlar qəribə şeylər gördüklərini danışırdılar. ABŞ Hərbi Dəniz Qüvvələri “Filadelfiya sınağı”nı təsdiq etmədi. Pentaqon rəsmi təsdiqləməsə də “Filadelfiya sınağı” haqda məlumatlar mətbuata sızdı və dünyanın müzakirəsinə çevrildi. Bu sınağı Amerika hələ də inkar edir, lakin çoxsaylı dəlillər və şahidlər onu təsdiqləyir. Hətta Vaşinqtonun həmin vaxt yaratdığı texnologiyanı təkmiləşdirdiyi haqqında da informasiyalar var. Günümüzdə bir çox Amerika hərbi təyyarəsinin radara düşməməsinin səbəbi də məhz həmin texnologiyadır. Pentaqon bu texnologiyanı sirr kimi saxlayır.

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.