Kimya 2019-06-03

Laboratoriyada Katalizatorların Hazırlanması

Laboratoriyada Katalizatorların Hazırlanması

E-mail Üzvlüyü

Neftkimya və neft emalında istifadə olunan katalizatorlar əsasən çökdürmə üsulu ilə hazırlanırlar. Bu üsulla hazırlanan katalizatorlar digərlərinə nisbətən bir çox üstünlüyə malikdir. Ən əsası katalizatorun eyni cinsli olması və yenidən hazırlandıqda nəticə də təkrarlanır.

Katalizator hazırlandıqda xammalın seçilməsinin çox əhəmiyyəti vardır. Bir qayda olaraq, bu üsulla katalizator hazırladıqda suda həll olan metal duzlardan (nitratlar, sulfatlar, karbonat və xloridlərdən) istifadə edilməsi məqsədəuyğun qəbul olunur.

Çökdürmə üsulu ilə katalizatorlar hazırlandıqda əsasən aşağıdakı müddəalar nəzərə alınmalıdır.

1. Xammalın seçilməsi (hər hansı bir həlledicidə həll olmalıdır).

2. Mühitin pH-ı.

3. Mühitin temperaturu.

4. Məhlulların qatılıqları.

5. Eyni cinsli çöküntünün alınması.

Seçilmiş həlledicinin təbiətindən asılı olaraq, katalizatorun fiziki-kimyəvi xarakteristikasını tənzim etmək olar. Katalizatorların hazırlanma prosesində temperaturun, məhlulun qatılığının, pH-nın sabit saxlanmasının böyük əhəmiyyəti vardır. Hazırlanma prosesində verilmiş mühitin temperaturunun sabit saxlanması üçün avtomatik tənzimedici kontakt termometrindən istifadə edilir. Məhlulun qatılığı tutumlarda olan duz məhlullarının miqdarının əlavə edilməsi ilə tənzimlənilir. Katalizator hazırlanan mühitdə məhlulun pH-ı pH-metr - LPМ-60M-in DЛ-0.1 datçiki ilə ölçülür.

Müəyyən olunmuş pH-ı sabit saxlamaq üçün 60 %-li azot turşusundan və 25 %-li NH4OH-dan istifadə edilir. Proses zamanı duz məhlullarının qarışmasını artırmaq üçün tutum elektromaqnit qarışdırıcı ilə təmin olunmuşdur.

Məhlulların qatılıqlarından asılı olaraq mühitin pH-ı dəyişə bilinər. Qarışığın məhlulda pH-nı sabit saxlamaq üçün tələb olunan miqdarda müvafiq olaraq azot turşusu və ya NH4OH əlavə edilir. HNO3 və ya NH4OH-ın sistemə əlavə olunması pH-metrin göstəricisinə uyğun avtomatik olaraq tənzimlənir. Ni (Co) duz məhlullarından alınmış qarışıq 1 saat müddətində tutumda qarışdırılır. Alınmış çöküntü süzülür və kimyəvi təmiz su ilə yuyulur.

Ni-Mo-O pastası 120 0C-də qurudulur və sonradan azot oksidindən və ammonyakdan təmizlənməsi üçün 300- 350 0C-də közərdilir. Sonrakı əməliyyat iki formada aparıla bilinər. Birinci halda 300-350 0C közərdilmiş katalizator həbləşdirilərək 550 0C közərdilir. İkinci halda nümunə 550 0C közərdildikdən sonra həbləşdirilərək yenidən 300-350 0C hava mühitində közərdilir. Həbləşdirilmə halında neft əlaqələndiricilərindən istifadə etmək olar.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti