Elm adamları son kəşf olan, yer kürəsindən 11 işıq ili uzaqdakı Ross 128b adını verdikləri planetdə həyat ehtimalı ola biləcəyini gündəmə gətirdilər. Argentinalı elm adamları Günəş sistemi xaricindəki planetdə yaşamın var olub olmaması sualına cavab vermək üçün planetin atmosferinin daha geniş mənada araşdırılmasına gərəkdiyini deyiblər.
Alimlər ilk dəfə günəş sisteminə ulduzlararası bir cismin girdiyini müəyyən etdi. Quyruqlu ulduz və ya meteorid zənn edilən cismin yer kürəsinin yaxınlığından saniyədə 25 kilometr sürətlə keçdiyi açıqlandı. Radiusu 400 metrdən bir az kiçik olan cismin Lyra ulduz sistemindən gəldiyi düşünülür. NASA alimlərindən Paul Kodas "On ildir ki, bu anı gözlüyürdük" açıqlamas
Earth and Planetary Science Letters-in yaydığı məlumata görə 3-4 milyard il əvvələ qədər Ayın atmosferi var imiş. Elmi araşdırmaya görə vulkanik partlamalar nəticəsində ay öz atmosferini itirib. Aya teleskopla baxdıqda vulkanik bazalt səthləri görmək olur. Apollo kosmik gəmisinin aydan götürdüyü nümunələr maqmanın karbon dioksid, su, kükürd və digər uçucu maddələri saxladığını göstərir. NASA Marshal Kosmoik Uçuş Mərkəzindən ba
Orionid meteorit yağışının gerçəkləşməsinə çox az qaldı. Olayın oktyabr ayında gerçəkləşəcəyi deyilir. Hər il oktyabr aylarında baş verən Orionid meteorit yağışı Halley kometinin yerin yaxınlığından keçərkən yaratdığı iki meteorit yağışından biridir. Meteorit yağışının gerçəkləşməsi oktyabr ayının 20-22-sində baş verəcəyi deyilir. Halley kometi hər 75-76 ildən bir günəş sisteminə daxil olan və yer kürəsinin yaxınlığından keçən "quyruqlu ulduzdur". Bu ul
Nasa günəş sistemində doqquzuncu planetin varlığı haqqında açıqlama verdi. Hal hazırda kəşf olunmayan amma varlığını sübut edə bilən vacib dəlillər tapıldı. Alimlər planetin varlığını sübut edən 5 dəlil göstərdi. Kaliforniya Texnologiya Universitetində işləyən astrofizik Konstantin Batygin planetin varlığını sübut edə biləcək 5 fərqli dəlilin olduğunu dedi. Bu dəlillərdən əksəriyyəti planetin Koyper qurşağındakı göy cisimlərinə göstərdiyi cazibə qüvvəsi ilə əlaqəlidir. Koyper qurşağındakı 6 göy cisminin eyni istiqamətdə elips çevrələrinin olduğu göstə
1998-ci ildə iki ayrı elmi araşdırma qrupu hər kəsi təəccübləndirməyi bacardı. Bu qalaktikaların bir-birinə nəzərən çox sürətlə uzaqlaşmasından ibarət idi. Onlar bunu açıqlamaq üçün boş kosmosa yayılmış ”qaranlıq enerji” terminini yaratdılar. Havaya tennis topu atdığınızı düşünün. Topun Yerdən uzaqlaşdığını görsəniz ağlınıza ilk olaraq nə gələrdi? Şübhəsiz ki, çox təəcüblənər və fizika biliklərinizə sadiq qalaraq getdikcə sürəti azalan topun geri qayıtmasını gözləyərdiniz. Oxşar hal kainatımız üçün də mövcud
ABŞ-da baş verən qasırğalardan sonra ABŞ gündəmini “Nibiru Fəlakəti“ teoriyası zəbt edib. Bu inanca görə sonuncu şənbə-23 sentyabrda qiyamət gələcək. İddialara görə Nibiru adlı planet sentyabrın 23-ü planetimizlə toqquşaraq qiyaməti qoparacaq. Niyə məhz 23 sentyabr? Xristianlar İsa Məsihin 33 il dünyada olduğuna inanır və b
NASA-nın Hubble teleskopu daha əvvəl də izlənilən planetin tamamilə qara rəngdə olduğunu müəyyən etdi. Planet üzərinə düşən işığın 94%-i udulur.Alimlər bunu çox qeyri-adi qiymətləndiriblər. Samanyolu qalaktikasının xaricində tapılan planet yer kürəsindən təxminən 1400 işıq ili uzaqda yerləşir. WASP-12b  olaraq adlandırılan planetdə gündüz vaxtı temperaturun 2500 celsidən çox ,gecələr isə bunun yarısı qədər olduğu düşünülür.
1997-ci ildə kainata buraxılan, 2004-cü ildə da Saturna çatan “Cassini” illərlə planet haqqında məlumatlar ötürüb. Saturnun 62 peykindən bəziləri elə “Cassini” sayəsində müəyyən olunub. Və nəhayət yanacağı bitdiyindən "Cassini" son missiyasını yerinə yetirməyə hazırlaşıb. Beləki missiyasını yerinə yetirmək üzrə hərəkətə keçib. Zond Saturn atmosferində yanaraq məhv olacaq, amma əvəzində bizə Saturn haqqında daha təfsilatı məlumatlar ötürəcək. Zondun məhv olması təxminən sabah Bakı vaxtı ilə 15:55-ə təsadüf edəcək. 
Sаqаn astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Təqdim etdiyimiz kitabını oxuyanlar heç şübhəsiz ondan çox məmnun və onun təsirində qalacaqlar. "Karl Saqan zamanımızın ən parlaq elm adamlarından biridir. İçərisində Kosmosun sonsuzluğunu dilə gətirərkən elmin keçmişinə indiki və gələcəyinə uyğun möhtəşəm əsər yaratmışdır.” -Associated Press
NASA Solar Dynamics-dən verilən məlumata görə sentyabrın 6-sı günəşdə iki böyük partlayış baş verib.Partlayışın radiasiya dalğası sentyabrın 9-u erkən saatlarda dünyaya çatacaq. Nasanın verdiyi açıqlamaya görə partlayışın dünya atmosferi üçün heç bir təhlükəsi yoxdur. Nasanın bu barədə xəbərlərini buradan izləyə bilərsiniz.
BBC Future proqramı çərçivəsində keçən ilin 21 oktyabr tarixində “Dünyanı Dəyişdirən Fikirlər” adlı konfrans keçirilmişdi. Konfransda elm, texnologiya və sağlamlıq haqqında yeniliklər müzakirə edilmiş, əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur. Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, “Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir”. Kosmik koloniya haqqında ilk fikiri 1920-ci ildə Avstriyalı roket d

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti

Bizi İzləyin